Uilyam Horatio Pauel () — Amerikalı teatr və kino sənətçisi.
Broadway səhnəsində uğurlu karyerasından sonra 1922-ci ildə Sherlock Holmes filmində kiçik bir rol ilə sinemaya addım atır. MGM ulduzu olaraq, Myrna Loy ilə birlikdə on dörd filmdə oynayıb. The Thin Man (1934), My Man Godfrey (1936), Life with Father (1947) adlı filmlərdəki performansı ilə 3 dəfə Ən yaxşı kişi roluna görə Oskar mükafatına namizəd göstərilib. O, təqaüdə çıxmasının 30-cu ilində, 1984-cü ildə Palm Springsdə ürəyinin dayanması səbəbilə 91 yaşında vəfat etdi.
Həyatı 1892-ci ildə Pittsburqda anadan olan Uilyam Pauel, Nettie Manila və mühasib işləyən Horatio Uarren Pauelin yeganə övladı idi."Pennsylvania Births and Christenings, 1709–1950", Horatio Powell, July 29, 1892, son of H. W. Powell and Nettie B. Powell; Pittsburgh, Allegheny County, Pennsylvania. Record accessed via FamilySearch archives, Salt Lake City, Utah, January 31, 2022."Obituaries: William Powell, star of 'Thin Man' films", Chicago Tribune, March 6, 1984, p. N6. Retrieved via ProQuest Historical Newspapers through subscription access at The University of North Carolina at Chapel Hill Library, January 31, 2022. 1907-ci ildə gənc Uilyam ailəsi ilə birlikdə Missuri ştatının Kanzas Siti şəhərinə köçdü və dörd il sonra Mərkəzi Liseyi bitirdi.
Ölümü Pauel təqaüdə çıxdıqdan təxminən 30 il sonra, 5 mart 1984-cü ildə 91 yaşında ürək çatışmazlığından Palm Springsdə, Kaliforniyada vəfat etdi. O, Kaliforniya ştatının Katedral şəhərindəki Səhra Memorial Parkında üçüncü həyat yoldaşı Diana Lyuis və yeganə övladı, oğlu Uilyam Devid Pauelin yanında dəfn edilib.
Filmoqrafiya
İstinadlar
Xarici keçidlər
Kateqoriya:XX əsr aktyorları Kateqoriya:İrlandəsilli amerikalılar