Əmirov Azad bəy Abbas oğlu () — həkim, pedaqoq, Azərbaycanda ilk fizioloqlardan biri. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu.

Həyatı Əmirov Azad bəy Abbas oğlu 1904-cü ildə Qori seminariyasını, Odessa universitetinin hüquq və tibb fakültələrini bitirmişdir."Ali təhsil tariximizdən" . 3 fevral 2012 — № 5. Muallim.edu.az

1926-cı ildən ADU-da dərs demişdir. Üzeyir Hacıbəyovun uşaqlıq dostu olmuş, Qori seminariyasında onunla birgə təhsil almışdır. Musiqi istedadına və gözəl səsə malik olan Azad bəy Əmirov 1912-ci ildə Şuşada "O olmasın, bu olsun" musiqili komediyasını tamaşaya qoymuşdu. Ü.Hacıbəyov öz xatirələrində Məşədi İbad rolunun A.Əmirovun ifasında əvəzsiz olduğunu söyləmişdi. 1918-ci ildə "Leyli və Məcnun" operasının 10 illiyi münasibətilə Ü.Hacıbəyova yazdığı məktubda A.Əmirov onun Azərbaycan tarixindəki mühüm rolunu çox böyük uzaqgörənliklə göstərmişdi: "Vaxt gələcək, tarix, yalnız ədalətli tarix özünün ehtiyatlı əli ilə öz səhifələrində müsəlman həyatındakı bu misilsiz müstəsna hadisəni qızıl hərflərlə yazacaq və sənin, əziz Üzeyir, əzabkeş millətinin fərəhsiz həyatına çox zəngin xəzinə, nadir inci kimi bəxş etdiyin gözəl, ilahiləşdirilmiş cərəyanı xüsusi qeyd edəcəkdir".

İstinadlar

Kateqoriya:Əmirovlar Kateqoriya:Azərbaycanlı həkimlər Kateqoriya:Zaqafqaziya Müəllimlər Seminariyasının məzunları Kateqoriya:Moskvada təhsil almış azərbaycanlılar Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:İttihad Partiyasının üzvləri Kateqoriya:Şuşa alimləri Kateqoriya:İttihad Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Şuşa real məktəbinin məzunları Kateqoriya:Azərbaycan pedaqoqları