Arduşlu (əvvəlki adı: Ardıclı) — Azərbaycan Respublikasının Laçın rayonunun Arduşlu kənd inzibati ərazi dairəsində kənd.
Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Ardıclı kəndi Vaqazin kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Ardıclı kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Toponimikası Oykonim "ardıc ağacı çox olan yer", "ardıc bitən yer" deməkdir.
Tarixi
Coğrafiyası və iqlimi Kənd Piçənis çayının sahilində, Qarabağ silsiləsinin ətəyində, rayon mərkəzində təxminən 58 km şimal-qəbdə yerləşir.
Əhalisi 2009-cu il dekabr ayına olan məlumata əsasən kənd əhalisinin sayı 564 nəfərdir. Kənd əhalisi azərbaycanlılardan ibarətdir.
İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub. Kənddə mağaza mövcud olub.
Mədəniyyəti Kənddə klub, kitabxana və s. sosial obyektlər olub.
Təhsil Kənddə orta məktəb fəaliyyət göstərib.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Laçın rayonunun kəndləri