Rəhman Tofiq oğlu Hacıyev və ya Rəhman Hacı (17 aprel 1980, Bakı, Azərbaycan SSR) — Azərbaycan Respublikasının əməkdar jurnalisti, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri.

Bioqrafiya Rəhman Tofiq oğlu Hacıyev 17 aprel 1980-ci ildə Bakı şəhərində anadan olub. 1987-1997-ci illərdə Bakı şəhəri, 63 saylı orta məktəbdə oxuyub. 1997-2003-cü illərdə Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” fakültəsində bakalavr və magistr pilləsi üzrə təhsil alıb. Universiteti qırmızı diplomla bitirib.

2002-2008-ci illərdə MBASK Sığorta Şirkətinin İdarə Heyətinin üzvlüyü də daxil olmaqla həmin şirkətdə müxtəlif vəzifələrdə işləyib. 2008–2018-ci illərdə “Media Prima” şirkətinin təsisçisi, yazar Qrem Uilsonla bərabər bir sıra kitab layihələrinin həyata keçirilməsində məsləhətçi və redaktor qismində iştirak edib.

2009-2021-ci illərdə “The First News” xəbər portalının (1news.az) baş redaktoru və direktoru olub. Həmçinin, 2011-2021-ci illərdə paralel olaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinnin “Bakinskiy Raboçiy” qəzetinin baş redaktoru olub.

2016-2021-ci illərdə Azərbaycanda ən böyük həvəskar futbol turnirlərini təşkil edən MFL SPORTS MMC (www.mfl.az) şirkətinin direktoru və həmtəsisçisi olub.

2018-ci ildən indiyə kimi Sabah Futbol Klubunun İdarə Heyətinin üzvüdür.

2018-ci ildən Azərbaycan Respublikası Mətbuat Şurasının İdarə Heyətinin üzvüdür.

2020-ci ilin 22 iyulunda Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə Azərbaycan Prezidenti tərəfindən "Əməkdar jurnalist" adı verilib.

4 fevral 2021-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri təyin edilib.

Azərbaycanda istedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi iddiası ilə keçirilən "Yüksəliş" müsabiqəsinin mentorlarından biri olub.

Nigar Əli ilə ailəlidir, 2 qızı var.

Biblioqrafiya Kitablar (məsləhətçi və redaktor) Ilham: Portrait of a President (2011) Heydar, the Rise and Fall and Rise Again of Heydar Aliyev and Azerbaijan (2013) Azerbaijan Democratic Republic: A Dream that Never Died (2018)

İstinadlar

Mənbə

Xarici keçidlər

Simonyan və Solovyov Qarabağ Dirçəliş Fondunun sədrinin hesabını BLOKLADI - FOTO De Byazi də eyni nəticəyə görə kənarlaşdırılmalı idi" - Rəhman Hacı AFFA-nın qərarını tənqid etdi - FOTO

Kateqoriya:Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri