Anafi () — Egey dənizindəki ada Yunanıstana məxsusdur.
Coğrafiya Kiklad arxipelaqına daxildir. Santorinidən 12 dəniz mili şərqdə yerləşir. Ada təxminən 38 km² əraziyə, 10 km uzunluğa və 7 km enə malikdir. Anafi adasının şərq hissəsində hündürlüyü 584 m olan Kalamoss zirvəsi var.
Əhali 2001-ci il siyahıyaalınmasına görə, Anafi adasında 273 nəfər yaşayırdı.
İqtisadiyyat Hazırda ada sakinlərinin əsas məşğuliyyəti turizm və balıqçılıqdır.
İstinadlar
Kateqoriya:Egey dənizi adaları Kateqoriya:Kiklad adaları