Azərbaycan — 2022-ci ildə Çində baş tutan XIII Qış Paralimpiya Oyunlarında. Azərbaycan Milli Paralimpiya Komandası 4-14 mart tarixlərində baş tutan XIII Qış Paralimpiya Oyunlarında bir idmançı ilə bir idman növündə təmsil olundu.
Tarixdə birinci dəfə Qış Paralimpiya Oyunlarında mübarizə aparan Azərbaycan, turniri medalsız başa vurdu.
Nəticələri Xizək yürüşü
Q — növbəti mərhələyə adladı DNS — mübarizə aparmadı
XIII Qış Paralimpiya Oyunlarında xizək yürüşü idman növü üzrə turnirlər 6-12 martda baş tutdu. Azərbaycanı bu idman növü üzrə bir idmançı təmsil etdi: Mehman Ramazanzadə. Mehman Ramazanzadə bundan əvvəl 2008-ci ildə baş tutan Yay Paralimpiya Oyunlarında pauerliftinq idman növü üzrə mübarizə aparmışdı və turniri 8-ci pillədə başa vurmuşdu.
Mehman Ramazanzadə 2022-ci ildə Lillehammer şəhərində (Norveç) baş tutan Dünya Çempionatında mübarizə apardı. Mehman Ramazanzadə qış idman növləri üzrə Dünya Çempionatlarında debüt edən birinci paralimpiyaçı oldu. Mehman Ramazanzadə 2021-ci ildə Vuokatti şəhərində (Finlandiya) baş tutan beynəlxalq turnirdə 33-cü, 2022-ci ildə Lillehammer şəhərində (Norveç) baş tutan Dünya Çempionatında isə 30-cu pillələrin sahibi oldu və turnirlərdə topladığı lisenziya xallarına əsasən Paralimpiya Oyunlarına vəsiqə qazandı.
Mehman Ramazanzadə martın 9-da baş tutan 1.5 kilometr məsafəyə sprint turnirində mübarizə aparmalı idi. Turnirin startına bir neçə saat qala Mehman Ramazanzadə məşq zamanı ciddi zədə aldı və turnirdə mübarizə apara bilmədi.
İdmançıYarışTəsnifat mərhələsiYarım-finalFinalYerNəticəYerNəticəYerMehman Ramazanzadə1.5 Km., sprintDNS
İstinadlar
Kateqoriya:Azərbaycan Paralimpiya Oyunlarında Kateqoriya:2022-ci ildə Azərbaycanda idman Kateqoriya:2022 Qış Paralimpiya Oyunlarında ölkələr