Conatan — həmçinin Dublikat kimi də tanınan film, 2018-ci ildə Bill Oliverin rejissorluğu, Qreqori Devis, Piter Nikovitz və Oliverin ssenari müəllifliyi və baş rolda Ansel Elqortun oynadığı 2018-ci il istehsalı olan Amerika dram elmi fantastika filmidir.
Onun dünya premyerası 21 aprel 2018-ci ildə Traybeka Film Festivalında olmuşdur. O, Well Go USA tərəfindən 16 noyabr 2018-ci ildə efirə buraxılmalı idi.
Süjet xətti
Conatan bir memarlıq şirkətində işləyir və hər səhər səhər saat 7-də yuxudan durur, axşam saat 7-də isə yatmağa gedir. Con isə gecələr fəaliyyət göstərir. Onlar birlikdə eyni bədəndə yaşayırlar və Conatanın hər səhər baxdığı video vasitəsilə bir-birləri ilə ünsiyyət yaradırlar.
Rollarda
Ensel Elqort — Conatan/Con Patrişa Klarkson — Mina Nariman Suki Uoterhaus — Yelena Mett Bomer — Ross Kreyn Duqlas Hodc — Hans Co Eqender — Mayls
Nümayişi
Filmin dünya premyerası 21 aprel 2018-ci ildə Tribeca Film Festivalında baş tutmuşdur. Film həmçinin də, 26 sentyabr 2018-ci ildə Los Anceles Film Festivalında nümayiş etdirilmişdir. Qısa müddətdən sonra isə Well Go USA prodakşn şirkəti filmin ABŞ-də yayım hüquqlarını əldə etmiş və filmin 16 noyabr 2018-ci il tarixində nümayiş etdiriləcəyini elan etmişdir. Film 15 yanvar 2019-cu ildə Netflix yayım platformasında nümayiş etdirilmişdir.
İstinadlar
Kateqoriya:2018-ci ilin filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Elmi fantastika filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:2018-ci ilin dram filmləri Kateqoriya:2018-ci ilin ABŞ filmləri Kateqoriya:İngilis dilində elmi-fantastika dram filmləri Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:ABŞ-nin elmi fantastika filmləri