Qayğı — Azərbaycan Respublikasının Laçın rayonunun Qayğı qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Tarixi 18 may 1992-ci ildə işğal edilib.
5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Laçın rayonunun tərkibindəki yaşayış məntəqəsi Qayğı qəsəbəsi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Qayğı qəsəbəsi mərkəz olmaqla Qayğı qəsəbə inzibati ərazi vahidi yaradılmışdır.
2022-ci ilin avqust–sentyabr aylarında istifadəyə verilən Laçın dəhlizinə alternativ çəkilmiş yeni yolun üzərində yerləşir. 19 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycan Ordusu bu yola nəzarət edir.
Toponimikası 1988–1989-cu illərdə Ermənistandan didərgin salınmış Azərbaycan ailələri üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən "Qayğı" cəmiyyətinin vəsaiti hesabına salındığından belə adlanmışdır.
Coğrafiyası və iqlimi Qəsəbə Həkəri çayının sahilində, dağətəyi ərazidə yerləşir.
İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi.
İstinadlar
Xarici keçidlər Laçının zəngin təbii ehtiyatları 17 ildir düşmən işğalı altındadır
Həmçinin bax
Kateqoriya:Laçın rayonunun yaşayış məntəqələri Kateqoriya:Laçın rayonunun qəsəbələri