KvalyoyaНорвегия. Справочная карта. 1:2 500 000. — Изд. четвёртое. — М.: Главное управление геодезии и картографии при Совете министров СССР, 1977. — 27 800 экз. (, ) — Norveçin şimalında Finnmark fyolkesində (əyalətində) ada. Adanın sahəsi 336 km²-dir.

İnzibati cəhətdən Kvalyoya iki bələdiyyəyə aiddir: adanın şimal-qərb hissəsi Hammerfestə, cənub-qərb hissəsi Kvalsunda aiddir.

Coğrafiya Ada sıldırım sahilləri ilə xarakterizə olunur. Adanın landşaftı dağlıqdır. Ən yüksək nöqtəsi Svartfyell dağıdır (629 metr).

Əhali 2012-ci ilə görə adanın əhalisi 9850 nəfər olmuşdur. Adanın şimal-qərb hissəsində Hammerfest şəhəri yerləşir — Avropanın ən şimal şəhəri (Honninqsvoqa nəzərə alınmadan, o da bu statusu iddia edir). Adada Fursel, Ryupefyord, Stalluqarqu da daxil olmaqla daha bir neçə yaşayış məntəqəsi var.

Nəqliyyat Ölkənin üçüncü ən işlək regional hava limanı olan Hammerfest hava limanı burada yerləşir.

Ada materiklə 1977-ci ildə açılmış Kvalsund asma körpüsü ilə birləşir.

Mənbə Place names in Norwegian polar areas

İstinadlar

Kateqoriya:Norveç adaları