Hindenburq qəzası () — 6 may 1937-ci ildə ABŞ-nin Nyu-Cersi ştatının Mançester bölgəsində baş verən hava gəmisi qazası. Alman sərnişin hava gəmisi olan LZ 129 Hindenburq Leykharst Dəniz Hava Stansiyasında elektrik dirəyinə dəyib yandı və məhv oldu. Qəza nəticəsində gəmidəki 97 nəfərdən (36 sərnişin və 61 komanda üzvü) 35-i (13 sərnişin və 22 komanda üzvü) və yerdəki bir nəfər öldü.
Uçuş
Zəmin Hindenburq 1936-cı ildə Amerika Birləşmiş Ştatlarında 10 səfər etmişdi. 1937-ci il səfərlərini mart ayında Braziliyanın Rio-de-Janeyro şəhərinə gediş-dönüş səyahəti ilə başladıqdan sonra Hindenburq mart ayının sonunda Almaniyanın Frankfurt şəhərinə doğru yola çıxdı və may ayının 3-ü axşam saatlarında cari il üçün planlaşdırılan Avropa-ABŞ səyahətlərinin 10-undan birincisini tamamlamaq üçün geriyə — ABŞ-yə doğru yola çıxdı.
Əsən külək 3 gün sonraya — Hindenburqun eniş gününə qədər elə də, ciddi deyildi. Qəza vaxtı gəminin yarısının dolmasına baxmayaraq, (70 boş yerdən 36 sərnişin və 21-i kursant olmaqla 61 nəfər komanda üzvü) Hindenburq dönüş uçuşu üçün tam rezervasiya edilmişdi. Almaniya bileti alan sərnişinlərin çoxu gələn həftə keçiriləcək kral VI Corc və kraliça Elizabetin tacqoyma mərasimində iştirak etməyi planlaşdırmışdı. thumb|Hindenburq Nyu-Yorkun Manhetten bölgəsində (6 may 1937), qəzadan qısa müddət əvvəl May ayının 6-sı səhər Bostonun üstündən keçən hava gəmisi qrafikə görə gecikmişdi və onun Leykharsta enişinin günortadan sonra baş verən tufana görə daha da təxirə salınacağı gözlənilirdi. Leykharstdakı pis hava şəraitindən xəbərdar olan kapitan Maks Prass istiqaməti Manhettenə dəyişdi və beləcə, insanların hava gəmisini görmək üçün küçəyə çıxmaları ictimai tamaşa yaratdı. Saat 16:00-da şəhərin üstündən keçdikdən sonra kapitan Prass havanın aydınlanmasını gözləyərkən sərnişinləri Nyu-Cersi ştatının dəniz sahillərində gəzintiyə çıxardı. Nəhayət, saat 18:22-də tufanın bitdiyi barədə xəbər gəldikdən sonra Prass enişi təxmini yarım gün gecikdirmək üçün gəmini Leykharsta qaytardı. Gəminin Avropaya planlaşdırılan səyahətinə yola düşməsi üçün burada az qalacağına görə, əvvəlcədən ictimaiyyət bu müddət ərzində Hindenburqu görə bilməyəcəkləri barədə məlumatlandırıldı.
Eniş Saat 19:00 radələrində Hindenburq 200 metr (650 fut) yüksəklikdə Leykharst Dəniz Hava Stansiyasına yaxınlaşdı.
İstinadlar
Ümumi
Biblioqrafiya
Həmçinin oxu
Lawson, Don. Engineering Disasters: Lessons to Be Learned. New York: ASME Press, 2005. .
Xarici keçidlər
Videolar Actual film footage of Hindenburg disaster PBS Secrets of the Dead: Hindenburg's Fatal Flaws YouTube video: Universal Newsreel – may 10, 1937 Special report on the Hindenburg disaster. YouTube video of Herb Morrison's famous report synchronized with newsreel footage Youtube Video: Hindenburg Disaster Color Restored in 4K Color
Məqalələr və xəbərlər Hindenburg disaster – Original reports from The Times (London) The Hindenburg Makes Her Last Standing at Lakehurst – Life magazine article from 1937 The Hindenburg Disaster – Report of the FBI investigation The Hindenburg 75 years later: Memories time cannot erase – NJ.com/Star-Ledger article on the 75th anniversary of the Hindenburg disaster Radio Gives Fast Zeppelin Coverage – Broadcasting Magazine. p. 14. (May 15, 1937) article on how radio reported the Hindenburg disaster Under Fire! – WLS Stand By magazine (May 15, 1937) article on Herb Morrison and his engineer Charlie Nehlsen reporting the Hindenburg disaster
Veb saytlar Rocket Fuel, Thermite, and Hydrogen: Myths about the Hindenburg Crash Airships.net: Discussion of Hindenburg Crash "Hindenburg & Hydrogen" by Dr. Karl Kruszelnicki The Hindenburg and Hydrogen: Nonsense from Dr. Karl Kruszelnicki – A rebuttal to the prior article Thirty-Two Seconds – Article that features rare photos of the disaster, a photograph of the surviving crew and a report on Cabin Boy Werner Franz
Faces of the Hindenburg: Biographies and photographs of the survivors and victims of the final voyage
Digər qəza ehtimalı
Two Articles Rejecting the Flammable Fabric Hypothesis
Kateqoriya:6 maydakı hadisələr Kateqoriya:1937-ci ildə ABŞ Kateqoriya:ABŞ-də aviasiya hadisələri