Qaspard Abelye (; ) — fransız din xadimi, yazıçı, lirik şair və dramaturq. Fransa Akademiyasının üzvü (1704-cü ildən, kafedra 19).
Haqqında Gənclik illərində Provansdan Parisə köçdü. Fransa marşalı Fransua Anri de Monmoransi-Lüksemburqun katibi və himayədarı olmuşdur. Marşal onunla mənəvi və dini mövzularda söhbət etməyi sevirdi. Marşalın ölümündən sonra bir müddət sərkərdə Lui Jozef de Burbona, Vandom hersoqunun xidmətinə keçdi.
Daha sonra Normandiya əyalətinin baş katibi vəzifəsində çalışdı.
1670-ci ildən Arl Akademiyasının üzvü idi.
1704-cü ildə Fransa Akademiyasının üzvü seçildi. Həmin il kral onu Klermon-Ferrandakı Notr-Dam de la Mersi monastırının abbatı təyin etdi.
Əvvəlcə faciələr, şeirlər və nəsr əsərlərini öz adı ilə yazırdı. Sonralar isə dini statusunun ədəbi fəaliyyətlə uyğun gəlmədiyi barədə tənqidlərdən yayınmaq üçün əsərlərinin bir qismini aktyor Jan Fransua Jüvenon de la Tüilyerinin (1650–1688) adı ilə nəşr etdirdi. Onun yaradıcılığına Pyer Kornel və Jan Rasin müsbət qiymət vermişlər.
Seçilmiş əsərləri «Arjeliya, Fessaliya kraliçası» (Argélie, reine de Thessalie) — beş pərdəli mənzum faciə. İlk dəfə 1673-cü ildə Parisdə, Burqon Oteli Teatrında səhnələşdirilmişdir. «Koriolan» (Coriolan) — beş pərdəli mənzum faciə. İlk dəfə 1676-cı ildə Parisdə, Komedi Fransəz teatrında səhnələşdirilmişdir. «Linkey» (Lyncée) — beş pərdəli mənzum faciə. İlk dəfə 1678-ci ildə Parisdə, Burqon Oteli Teatrında səhnələşdirilmişdir. «Süleyman» (Soliman) — beş pərdəli mənzum faciə. İlk dəfə 1680-ci ildə Parisdə, Burqon Oteli Teatrında səhnələşdirilmişdir. «Ağıllı Krispen» (Crispin bel esprit) — bir pərdəli mənzum komediya. İlk dəfə 1681-ci ildə Parisdə, Komedi Fransız teatrında səhnələşdirilmişdir. «Herkul» (Hercule) — beş pərdəli mənzum faciə. İlk dəfə 1681-ci ildə Parisdə, Komedi Fransız teatrında səhnələşdirilmişdir.
İstinadlar
Kateqoriya:Fransa abbatları Kateqoriya:Fransız dilində ədəbiyyat Kateqoriya:Fransızlar Kateqoriya:Fransa dramaturqları