Rami Miron (; ) - olimpiya güləşçisi.

Həyatının erkən dövrü Azərbaycan yəhudilərindən olan ailədə, 1957-ci ilin 17 yanvar tarixində Bakı şəhərində doğulmuşdur."Rami Meron" , jewsinsports.org Daha sonralar Sovet İttifaqından İsrailə köçmüşdür.

Karyerası 1975-ci ildə yüngül çəkidə çıxış edən Rami Miron həmin ildə Dünya Gənclər Çempionayında VI, Dünya Çempionatında isə VII yeri tutmuşdur. O, həmçinin 1975-ci ildə Təl Əviv Beynəlxalq Güləş Turnirində qızıl medal qazanmış və İsrail qəzeti Maariv tərəfindən "İlin İdmançısı" mükafatına layiq görülmüşdür..

Bundan sonra İsrail üçün güləşməyə başlamış və 1976-cı ildə Monrealda keçirilən olimpiya yarışlarında sərbəst güləş üzrə İsrail yığmasında çıxış etmişdir. Bu zaman onun 19 yaşı var idi. ABŞ-ni təmsil edən Ronald Jozefi, İşveçli Lennart Lundelli, Avstraliyalı Zsiqmond Kelevitzi məğlub etmiş, lakin macar Janos Kocsis və yarımfınalda qızıl medalı qazanacaq Sovet İttifaqını təmsil edən Pavel Piniginə məğlub olmuşdur. Olimpiya oyunlarının sonunda VII yeri tutumuşdur. Bu zaman 170 boyunda və 68 kq çəkisində olmuşdur.

1977-ci il Dünya Çempionatında IV yeri tutmuşdur.

İstinadlar

Kateqoriya:Bakıda doğulmuş idmançılar Kateqoriya:İsrail yəhudiləri Kateqoriya:1957-ci ildə doğulanlar Kateqoriya:SSRİ yəhudiləri Kateqoriya:Azərbaycan yəhudiləri Kateqoriya:SSRİ-dən İsrailə mühacirət edənlər Kateqoriya:Azərbaycanın kişi güləşçiləri