Elvira Saxipzadovna Nabiullina (29 oktyabr 1963, Ufa, Başqırdıstan MSSR, RSFSR, SSRİ ) — Rusiya dövlət və siyasi xadimi . 24 iyun 2013-cü ildən Rusiya Federasiyası Mərkəzi Bankının sədri. Rusiyanın əməkdar iqtisadçısı. Rusiya Federasiyasının birinci dərəcəli həqiqi dövlət müşaviri(2002).

İlk illəri Tatar Бельченко, В. Человек в фуляре . — Журнал «Огонёк», № 9, 8 марта 2010 года.Pismennaya, E. Nabiullina Recites Verlaine as Regulator . — Bloomberg Business, 12 июня 2013 года. ailəsində anadan olub. Ata Saxipzadə Saitzadayeviç sürücü işləyirmiş, anası isə Züleyxa Xamətnurovna cihazqayırma istehsalatında aparatçı işləyib.

Elvira Ufanın 31 saylı orta ümumtəhsil məktəbini tam əlaçı kimi bitirib, lakin qızıl medalsız qaldı .

1986-cı ildə Lomonosov adına Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini "iqtisadçı" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1985-ci ildən Sov.İKP üzvü. .

1990-cı ildə Moskva Dövlət Universitetinin (xalq təsərrüfatı və iqtisadi təlimlərin tarixi kafedrası) aspiranturasını bitirmişdir, namizədlik dissertasiyasını hazırlamışdir, lakin müdafiə etməmişdir . Tədqiqatların qismən nəticələri dörd müəllifin "Əməyin özgəninkiləşdirilməsi: tarix və müasirlik" (1989) əsərində dərc edilmişdir.

Karyerası

Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqında

1991-1992-ci illərdə SSRİ Elm-Sənaye İttifaqı (Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının sələfi) İdarə Heyətinin Daimi Komitəsinin iqtisadi islahatlar məsələləri üzrə müdiriyyətinin baş mütəxəssisi olmuşdur . 1992-1994-cü illərdə Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının iqtisadi siyasət məsələləri üzrə baş mütəxəssisi, müdirinin məsləhətçisi olub. 1994-cü ildə Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının Ekspert İnstitutunun müşaviri olub.

Rusiya İqtisadiyyat Nazirliyi

1994-1995 — ci illərdə — iqtisadi islahatlar Departamentinin rəhbərinin müavini-Rusiya Federasiyası İqtisadiyyat Nazirliyinin iqtisadiyyatın dövlət tənzimlənməsi İdarəsinin rəisi. 1995-1996-cı illərdə Rusiya Federasiyası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahat İdarəsinin rəis müavini olub. 1996-1997-ci illərdə - Rusiya İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar İdarəsinin rəisi, Rusiya İqtisadiyyat Nazirliyinin kollegiya üzvü. 1997-1998-ci illərdə - Rusiya Federasiyası İqtisadiyyat nazirinin müavini.

Kommersiya və analitik strukturlarda işi

1998-1999-cu illərdə - "Promtorqbank"ın İdarə Heyəti sədrinin müavini. 1999-cu ildə - Avrasiya Reytinq Xidmətinin icraçı direktoru olmuşdur.

Rusiya İqtisadi İnkişaf Nazirliyində və Strateji Araşdırmalar Mərkəzində

1999-2000-ci illərdə o, Strateji Araşdırmalar Mərkəzi Fondunun vitse-prezidenti olub (fondun prezidenti German Qref idi). 2000-2003-cü illərdə - Rusiya Federasiyasının İqtisadi İnkişaf və Ticarət Nazirinin birinci müavini olub. 2003-2005-ci illərdə Strateji Araşdırmalar Mərkəzi Fondunun prezidenti olub. 2005-2006-cı illərdə Rusiya Federasiyasının 2006 -cı ildə G8-də sədrliyinin hazırlanması və təmin edilməsi üzrə təşkilat komitəsinin ekspert şurasının rəhbəri olmuşdur .

Rusiya hökumətində

2007-ci ilin sentyabrından 2008-ci ilin mayına qədər - Rusiya Federasiyasının İqtisadi İnkişaf və Ticarət naziri idi . 2008-ci ilin may ayından 2012-ci ilin may ayına qədər - Rusiya Federasiyasının İqtisadi İnkişaf Naziri .

Eyni zamanda, 2007-2012-ci illərdə “Rostexnologiya” Yüksək Texnologiyalı Sənaye Məhsullarının İnkişafı, İstehsalı və İxracının Təşviqi üzrə Dövlət Korporasiyasının Müşahidə Şurasının üzvü olmuşdur . 2008-2011-ci illərdə " Qazprom" ASC-nin direktorlar şurasınin üzvü olub Эльвира Сахипзадовна Набиуллина, Министр экономического развития РФ Руководство / Совет директоров: Членом Совета директоров ОАО «Газпром» является с 2008 года.Набиуллина и Шматко вышли из совета директоров «Газпрома» // Лента.ру . 2008-ci ildə "Vahid Enerji Sistemi" RSC-nin direktorlar şurasınin üzvü olmuşdur Глава МЭРТ вошла в совет директоров РАО «ЕЭС» // Правда.ру. 2008-2012-ci illərdə - Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin qəyyumlar şurasının sədri. 2010-cu ildən - İqtisadi İnkişaf və İnteqrasiya üzrə Hökumət Komissiyasının üzvü , Skolkovo Fondunun qəyyumlar şurasının üzvü . 2011-ci ildən Strateji Təşəbbüslər Agentliyinin Müşahidə Şurasının üzvüdür . 2012-ci ildən o, BMT-nin ir 2015-ci ildən sonrakı İnkişaf Gündəliyinin işlənib hazırlanması təşəbbüsünün "yüksək səviyyəli görkəmli xadimlər qrupu" na daxildirНовое глобальное партнёрство: искоренение бедности и преобразование экономик посредством устойчивого развития // Доклад группы видных деятелей высокого уровня по разработке повестки дня в области развития на период после 2015 года, ООН, 2013 . 2013-cü ildən - Milli Maliyyə Şurasının sədr müavini.

Rusiya Prezidentinin köməkçisi 22 may 2012-ci ildən 24 iyun 2013-cü ilə qədər - Rusiya Federasiyası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi .

12 mart 2013-cü ildə o, Rusiya Federasiyası Mərkəzi Bankının sədri vəzifəsinə namizəd kimi irəli sürülüb .

Rusiya Federasiyası Mərkəzi Bankının sədri 9 aprel 2013-cü ildə Dövlət Duması onun 24 iyun 2013-cü il tarixindən Rusiya Federasiyası Mərkəzi Bankının sədri vəzifəsinə təyin edilməsi haqqında qərar qəbul etmişdir . Elvira Saxipzadovna böyük səkkizliyə daxil olan ölkənin Mərkəzi Bankının rəhbəri vəzifəsində ilk qadın oldu.

22 mart 2017-ci il tarixində Rusiya Prezidenti Vladimir Putin Elvira Nabiullinanın namizədliyini 24 iyun 2017-ci il tarixindən etibarən Rusiya Federasiyasının Mərkəzi Bankının sədri vəzifəsinə yeni müddətə təyin olunmaq üçün Elvira Nabiullina namizədliyini Dövlət Dumasına təqdim etdi .

18 mart 2022-ci ildə Elvira Nəbiullinin namizədliyi Dövlət Dumasına Mərkəzi Bankın sədri vəzifəsinə üçüncü dəfə təqdim edilib. Vladimir Putin Dövlət Dumasına baxılması üçün namizədliyi təqdim etdi.

Sanksiyalar 2022-ci ilin aprelində Kanada Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar Nabiullinaya qarşı sanksiyalar tətbiq etdi.

Şəxsi həyatı Elvira Nabiullina fransız və ingilis dillərini bilir Биография Эльвиры Набиуллиной на РИА «Новости», 12 марта 2013 года. . İncəsənətdən yaxşı başı çıxır, klassik musiqiyə üstünlük verir , gümüş dövrün şairlərini və fransız kinematoqrafiyasını sevir . Şərflər və fulyar boyun yaylığlar— onun qarderobunun fərqləndirici xüsusiyyətidir. Rusiya Bankının Direktorlar Şurasının iclasında Elvira Nabiullina broşkalar (bəzək sancağı) taxır, onların köməyi ilə o, "vəziyyətin anlaşılması" nı ötürməyə çalışır, lakin tez-tez daha geniş şərh olunur . Hər bir broşkanın konkret mənası həm də Mərkəzi Bankın pul siyasəti sahəsində mövcud mövqeyi və tənzimləyicinin planları ilə əlaqələndirilir «Следите за брошками: сигналы Эльвиры Набиуллиной»  — РосБизнесКонсалтинг, 23.04.2021 г.«Ставка на брошь: о чём говорят украшения Эльвиры Набиуллиной»  — Forbes, 23.04.2021 г. . 2021-ci ilin sentyabrında Elvira Nabiullina bir daha broşkaların kommunikasiya vasitəsi və refleksiya üçün səbəb kimi əhəmiyyətini, eləcə də Direktorlar Şurasının iclasları çərçivəsində mətbuat üçün tədbirlərdə geydiyi bu bəzəklərin alternativ dilinin şərhinin birmənalı olmadığını vurğuladı. .

Ailəsi Moskva Dövlət Universitetində aspiranturada oxuduğu müddətdə o, Milli İqtisadiyyatın Tarixi və İqtisadi Tədqiqatlar kafedrasının müəllimi, sonralar “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin (AİM–MTU) rektoru olmuş Yaroslav Kuzminovla evləndi .

Kuzminov və Nabiullinanın Vasili adlı bir oğlu var . 1988-ci ildə anadan olub, 2005-2009-cu illərdə Ali İqtisadiyyat Məktəbinin sosiologiya fakültəsinin tələbəsi olub, 2010-cu ildə Mançester Universitetinin və Moskvanin İqtisadi və Sosial Elmlər Ali Məktəbinin sosiologiya magistraturasını bitirmişdir. Hal-hazırda Ali İqtisadiyyat Məktəbinin elmi işçisi.Набиуллина, Эльвира Сахипзадовна , статья из энциклопедии ТАСС. .

Əmlak və gəlirləri Elvira Nabiullinin mülkiyyətində sahəsi 111,2 м²Набиуллина заработала за год почти 22 миллиона рублей . — Лента.ру, 22 мая 2015 года. olan mənzil, sahəsi 70,6 м² olan mənzilin üçdə biri və Jaguar S-Type avtomobili yerləşir. 2010-cu ildə onun elan etdiyi illik mənfəətı 3,6 milyon rubl, 2011-ci ildə - 3,2 milyon rubl , 2012-ci ildə - 5,3 milyon rubl , 2013-cü ildə - 12,2 milyon rubl Набиуллина заработала за год почти 22 миллиона рублей . — Лента.ру, 22 мая 2015 года.Сведения о доходах, расходах, об имуществе и обязательствах имущественного характера служащих Банка России за период с 1 января 2013 года по 31 декабря 2013 года на официальном сайте Банка России., 2014-cü ildə - 21 milyon rubl təşkil etmişdir. . Eyni zamanda, həyat yoldaşı, Ali İqtisadiyyat Məktəbinin rektoru Yaroslav Kuzminovun gəlirləri 2010-cu ildə 17,2 milyon rubl Набиуллина, Эльвира . — статья из Лентапедии., 2013-cü ildə - 20 milyon rubl , 2014-cü ildə isə 45,3 milyon rubl səviyyəsində idi. .

İstinadlar

Kateqoriya:Rusiya iqtisadçıları Kateqoriya:Başqırdıstan şəxsləri Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeninin medalı ilə təltif edilənlər Kateqoriya:I dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeninin medalı ilə təltif edilənlər Kateqoriya:Rusiyanın "Dostluq" ordeni ilə təltif edilənlər Kateqoriya:Rusiyanın "Şərəf" ordeni ilə təltif edilənlər Kateqoriya:Rusiyanın IV dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni kavalerləri Kateqoriya:Ufada doğulanlar Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1963-cü ildə doğulanlar Kateqoriya:29 oktyabrda doğulanlar Kateqoriya:Birləşmiş Krallıq tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları Kateqoriya:ABŞ Xəzinədarlıq Departamenti tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları