İsa () — İsa Məsih, Nazaretli İsa və bir çox başqa adlarla tanınan, birinci əsrdə yaşamış yəhudi peyğəmbər və dini lider. O, dünyanın ən geniş yayılmış dini olan Xristianlığın əsas simasıdır. Əksər xristianlar İsanın Tanrının Oğlu və Əhdi-Ətiqə əsasən zühur etməsi gözlənilən peyğəmbər Məsih olduğuna inanırlar.
Antik dövrlə məşğul olan bütün müasir elm adamları İsanın tarixən mövcud olması ilə razılaşır. İsanın həyatı haqqında məlumatlar İncillərdə, xüsusən də Əhdi-Cədiddəki dörd kanonik İncildə öz əksini tapır. Akademik araşdırmalar İncillərin tarixi etibarlılığına və onların İsanı tarixi bir şəxsiyyət olaraq nə dərəcədə düzgün əks etdirməsinə dair müxtəlif fikirlər ortaya qoyub.Craig Evans, "Life-of-Jesus Research and the Eclipse of Mythology," Theological Studies 54 (1993) pp. 13–14 "First, the New Testament Gospels are now viewed as useful, if not essentially reliable, historical sources. Gone is the extreme skepticism that for so many years dominated gospel research. Representative of many is the position of E. P. Sanders and Marcus Borg, who have concluded that it is possible to recover a fairly reliable picture of the historical Jesus." Səkkiz günlük ikən sünnət edilən və yetkinlik yaşına çatanda Vəftizçi Yəhya tərəfindən vəftiz olunan İsa 40 gün, 40 gecə səhrada oruc tutduqdan sonra öz xidmətinə başladı. Səyyah müəllim olduğu üçün onu adətən "ravvin" adlandırırdılar.
İsa tez-tez yəhudi yoldaşları ilə Tanrıya ən yaxşı şəkildə itaət etməyin yolları barədə söhbət edir, xəstələrə şəfa verir və nəsihətamiz dini hekayələr danışırdı. Başına topladığı insanlar arasındakı on iki nəfər onun əsas müridi idi. Yerusəlimdə həbs edilən və yəhudi hakimiyyət orqanları tərəfindən mühakimə olunan İsa Roma hökumətinə təhvil verildi və Yəhudeyanın Roma prefekti Ponti Pilatın əmri ilə çarmıxa çəkildi. Ölümündən sonra İsanın yenidən dirilməsinə əmin olan davamçıların yaratdıqları icma sonralar dünyamiqyaslı bir hərəkata çevrilən xristianlığın ilk kilsəsi oldu. Onun təlimləri və həyatı haqqında məlumatlar əvvəlcə şifahi formada ötürülürdü; onlar yazılı İncillərin əsas mənbəyi sayılır.
Xristian teologiyasında İsanın Müqəddəs Ruh tərəfindən yaradıldığına, Məryəm adlı bakirə bir qadından doğulduğuna, möcüzələr göstərdiyinə, Xristian Kilsəsinin əsasını qoyduğuna, günahın kəffarəsinə nail olmaq üçün çarmıxa çəkilərək öldüyünə, daha sonra dirildiyinə və dünyaya Cənnətdən yüksələcəyinə dair inanclar yer alır. Ümumiyyətlə, xristianlar İsanın insanların Tanrı ilə barışmasına kömək etdiyinə inanır. Nicene Creed iddia edir ki, İsa diriləri və ölüləri onların cismani dirilməsi baş verməzdən əvvəl və ya sonra mühakimə edəcək; xristian esxatologiyasında bu hadisə İsanın İkinci Gəlişi ilə əlaqələndirilir. Xristianların böyük əksəriyyəti İsanı Üçlüyün üç müddəasından ikincisi olan "Tanrının Oğlu" hesab edir və ona ibadət edir. İsanın doğumu hər il dekabrın 25-də Milad bayramı kimi qeyd olunur. Onun çarmıxa çəkilməsi Müqəddəs Əş Şənbə günü, dirilməsi isə Pasxada anılır. Dünyanın ən çox istifadə edilən milad təqvimi İsanın təxmini doğum tarixinə əsaslanır..
İsa İslamda, Bəhailikdə və Druz dinində də hörmətlə qarşılanır. İslamda İsa Allahın sondan əvvəlki peyğəmbəri və Qiyamət günündən əvvəl qayıdacaq Məsih hesab olunur. Müsəlmanlar İsanın bakirə Məryəmdən doğulduğuna inansa da, onu nə Allah, nə də Allahın Oğlu hesab edir. Əksər müsəlmanlar onun öldürüldüyünə və çarmıxa çəkildiyinə deyil, Allahın onu hələ sağ ikən Cənnətə qaldırdığına inanır. Bunun əksinə, yəhudilikdə İsanın gözlənilən Məsih olduğuna dair inanc rədd edilir. Onlar iddia edir ki, İsa Məsih peyğəmbərdən gözlənilənləri yerinə yetirməyib və qanuni olaraq məsh olunmayıb; o, nə ilahi olub, nə də dirilib.
Əhdi-Cədiddə həyatı və təlimləri
Kanonik İncillər Dörd kanonik İncil (Matta, Mark, Luka və Yəhya) İsanın həyatı və çatdırmaq istədiyi mesajın əsas mənbələri hesab olunur. Lakin Əhdi-Cədidin digər hissələri də onun həyatındakı bəzi önəmli hadisələrə istinad edir; məsələn, Birinci Korinflilər kitabının 11:23–26 hissəsində Son Şam yeməyindən bəhs olunur.. Həvarilərin İşləri and . kitabında İsanın erkən xidmətinə və Vəftizçi Yəhyanın bunu əvvəldən bildirməsinə istinad olunur. Kitabın 1:1–11-ci. hissəsində İsanın Göyə qaldırılması haqqındaalso mentioned in . kanonik İncillərdə olduğundan daha çox danışılır. Müjdələrdən daha əvvəl yazılmış Paulun məktublarında isə İsanın sözləri və ya göstərişləri haqqında bir neçə dəfə vurğulanır., .
Bəzi erkən xristian qruplarında İsanın həyatı və Əhdi-Cədiddə olmayan təlimləri haqqında ayrıca təsvirlər var. Bunlara Tomas Müjdəsi, Peter Müjdəsi və Yəhuda Müjdəsi, Yaqubun Apokrifonu və bir çox başqa apokrif yazıları daxildir. Əksər elm adamlarının fikrincə, bunlar daha sonra yazılıb və kanonik İncillərdən daha az etibarlı sayılır.
Müəlliflik, tarix və etibarlılıq Kanonik İncillər hər biri fərqli müəllif tərəfindən yazılmış dörd hesabatdır. Müəlliflər təxəllüslə adlandırılır və ənənəyə görə, hər biri İsa ilə yaxın əlaqəsi olan dörd müjdəçiyə aid edilir: Peterin şəriki Yəhya Mark; İsanın şagirdlərindən biri Matta; Paulun bir neçə məktubda adı çəkilən yoldaşı Luka və İsanın "sevimli şagirdi" olan digər Yəhya.
Markan prioritetinə görə, əvvəlcə Mark Müjdəsi (eramızın 60–75-ci illəri), ardınca isə Matta Müjdəsi (65–85-ci illər), Luka Müjdəsi (65–95-ci illər) və Yəhya Müjdəsi (75–100-cü illər) yazılıb. Əksər alimlər Matta və Luka Müjdələrinin müəlliflərinin mənbə kimi Markı istifadə etdikləri ilə razılaşırlar. Metyu və Lukanın İncilində Markda olmayan bəzi məlumatlar qeyd olunduğundan, bir çox elm adamı müəlliflərin Markdan əlavə başqa mənbədən də (ümumən "Q mənbəyi" adlanır) istifadə etdiklərini düşünür.
İncilləri araşdırarkən diqqət edilməli olan ən vacib məsələlərdən biri onların hansı ədəbi janr bölgüsünə salınmasıdır. Janr "yazıların həm kompozisiyasına, həm də şərhinə yön verən əsas konvensiyadır".Burridge, R. A. (2006). Gospels. In J. W. Rogerson & Judith M. Lieu (Eds.) The Oxford Handbook of Biblical Studies. Oxford, England: Oxford University Press. p. 433. Müəlliflərin roman, mif, tarixi qeyd yoxsa tərcümeyi-hal yazmağa çalışmış olması faktı Müjdələrin hansı formada şərh olunmalı olduğuna çox böyük təsir göstərir. Bəzi son tədqiqatlara əsasən, İncillər janr olaraq qədim bioqrafiya kateqoriyasına aid edilə bilər.Talbert, C. H. (1977). What is a Gospel? The Genre of the Canonical Gospels. Philadelphia, Pennsylvania: Fortress Press.Wills, L. M. (1997). The Quest of the Historical Gospel: Mark, John and the Origins of the Gospel Genre. London, England: Routledge. p. 10.Burridge, R. A. (2004). What are the Gospels? A Comparison with Graeco-Roman Biography. revised updated edn. Grand Rapids, Michigan: Eerdmans. Fikir ayrılıqları olmasına baxmayaraq,e.g. Vines, M. E. (2002). The Problem of the Markan Genre: The Gospel of Mark and the Jewish Novel. Atlanta, Georgia: Society of Biblical Literature. pp. 161–162. günümüzün elm adamları İncillərin bir növ qədim bioqrafiya hesab olunması barədə razılığa gəlirlər.
Bu yazıların düzgünlüyünə gəldikdə, kitabların İsanın həyatını yanlış formada təsvir etdiyindən tutmuş, bəzi məqamların tarixi baxımdan etibarlı olmamasına və ən sadə detalları çıxmaq şərti ilə, İsanın həyatı haqqında çox az tarixi informasiya verməsinə qədər hər cür baxış bucağı mövcuddur: Alimlər eniş yayılmış elmi konsensusa görə, Sinoptik İncillər (ilk üçü — Matta, Mark və Luka) İsa haqqında ən etibarlı məlumat mənbəyidir.
Müqayisəli struktur və məzmun Matta, Mark və Luka Müjdələri yunanca σύν (syn "birlikdə") və ὄψις (opsis "görünüş") sözlərindən gələn Sinoptik İncillər kimi tanınır, çünki onlar məzmun, hekayə düzülüşü, dil və paraqraf quruluşu baxımından oxşardır və onları asanlıqla yanaşı qoyub yazılanları sinoptik olaraq müqayisə etmək olar. Əksər alimlər razılaşırlar ki, Sinoptik İncillər və Yəhya Müjdəsi arasında birbaşa ədəbi əlaqə tapmaq mümkün deyil. Bir çox hadisələrin axını (məsələn, İsanın vəftiz edilməsi, transfiqurasiyası, çarmıxa çəkilməsi və həvariləri ilə qarşılıqlı əlaqəsi) Sinoptik İncillər arasında bölüşdürülsə də, transfiqurasiya və İsanın cinləri qovması kimi bəzi hadisələrə Yəhya Müjdəsində rast gəlinmir.
Sinoptik İncillər İsanın müxtəlif cəhətlərini vurğulayırlar. Markda İsa Tanrının Oğludur və onun əməllərinin qüdrəti Tanrının Krallığının mövcudluğunu nümayiş etdirir. Yorulmaq bilmədən möcuzələr göstərən İsa həm Tanrının, həm də insanların xidmətçisidir.Thompson, Frank Charles. The Thompson Chain-Reference Bible. Kirk bride Bible Company & Zondervan Bible Publishers. 1983. pp. 1563–1564. Bu qısahəcmli müjdədə İsanın sözlərindən və ya təlimlərindən sadəcə bir neçəsi haqqında qeyd olunur. Matta Müjdəsində vurğulanır ki, İsanın mövcudluğu Əhdi-Ətiqdə bildirildiyi kimi Tanrının arzusunun yerinə yetirilməsi deməkdir və o, Kilsənin Rəbbidir.May, Herbert G. and Bruce M. Metzger. The New Oxford Annotated Bible with the Apocrypha. 1977. "Matthew" pp. 1171–1212. O, "Davudun Oğlu", "Kral" və Məsihdir. Luka İsanı yoxsullara mərhəmət göstərən ilahi-insan xilaskarı kimi təqdim edir.May, Herbert G. and Bruce M. Metzger. The New Oxford Annotated Bible with the Apocrypha. 1977. "Luke" pp. 1240–1285. O, günahkarların və cəmiyyətdən qovulmuşların dostudur, itmişləri axtarıb xilas etmək üçün gəlib. Bu müjdə özündə "Yaxşı samariyalı" və "İsrafçı oğul" kimi bir sıra məşhur məsəlləri ehtiva edir.
Yəhya Müjdəsinin müqəddiməsinə əsasən, İsa ilahi Kəlamın (Loqos) təcəssümüdür.May, Herbert G. and Bruce M. Metzger. The New Oxford Annotated Bible with the Apocrypha. 1977. "John" pp. 1286–1318. Əbədi olaraq Tanrının yanında olan və bütün yaradılışlarda fəal iştirak edən İsa bəşəriyyətin əxlaqi və mənəvi təbiətinin mənbəyi idi. O, keçmiş bütün peyğəmbərlərdən üstün olmaqla yanaşı, eyni zamanda, yer üzündəki istənilən peyğəmbərin ola biləcəyindən daha əzəmətlidir. İsa sadəcə Tanrının Kəlamını danışmır; o özü elə Tanrının Kəlamıdır. Yəhyanın Müjdəsində İsa öz ilahi rolunu ictimaiyyətə açıq şəkildə göstərir. Burada o, Həyat Çörəyi, Dünyanın İşığı, Həqiqi Meynə və daha bir çox məhfumdur.
Ümumiyyətlə, Əhdi-Cədidin müəllifləri İsanın həyatının mütləq xronologiyasına və ya başına gələnləri dövrün dünyəvi tarixi ilə sinxronlaşdırmağa çox maraq göstərməyib. Yəhya 21:25-də deyildiyi kimi, Müjdələr İsanın həyatında baş verən hadisələrin tam siyahısını təqdim etdiyini iddia etmir. Hekayələr əvvəlcə erkən Xristianlıq kontekstindəki teoloji sənəd olaraq yazılmış, zaman bölgüləri isə ikinci planda saxlanılmışdır. Bu baxımdan, Müjdələrin mətnlərinin təxminən üçdə bir hissəsinin İsanın Yerusəlimdəki həyatının "Ehtiras" adlandırılan son həftəsinə həsr edilməsi diqqətəlayiqdir. Müjdələrdə müasir tarixçilərin dəqiq tarixlərlə bağlı tələblərini ödəməyə kifayət edəcək qədər təfərrüat verilməsə də, onlara əsəsən İsanın həyat hekayəsinin ümumi mənzərəsini çəkmək mümkündür.
Genealogiya və doğuş Yəhudi olan İsanı dünyaya Yusifin arvadı Məryəm gətirdi.Matthew 1; Luke 2. Matta və Lukanın Müjdələrində onun nəsil şəcərəsi haqqında iki formada məlumat verilir. Matta İsanın nəslinin Davud vasitəsilə İbrahimdən gəldiyini., Luka isə Adəm vasitəsilə Tanrıya qədər gedib çıxdığını söyləyir.. İbrahim və Davud arasındakı siyahı eyni olsa da, bundan sonra bir-birindən köklü şəkildə fərqlənir. Mattada Davuddan Yusifə qədər 27 nəsil olduğu halda, Lukada bu rəqəm 42-dir və iki siyahıdakı adlar demək olar ki, üst-üstə düşmür. "From David the two lists diverge, as Matthew follows the line of succession to the throne of Judah from Solomon, whereas Luke's list goes through Nathan, … and converges with Matthew's only for the two names of Shealtiel and Zerubabbel until Joseph is reached." Bu iki şəcərənin niyə bu qədər fərqli olduğunu izah etmək üçün müxtəlif nəzəriyyələr irəli sürülüb.