Vaaqn Norayr Dadryan (, ; ) — erməni əsilli ABŞ sosiologiya professoru. O, Erməni soyqırımı məsələsi üzrə ekspertdir.A Lecture on The Armenian Genocide , Professor Stuart D. Stein.

Həyatı Vaaqn Norayr Dadryan Erməni soyqırımı məsələsi üzrə ekspertdir. Onun əsərləri bir çox dillərə tərcümə olunmuşdur. Tomas de Vaal Dadryanın tədqiqatının siyasi gündəmdən irəli gəldiyini bildirir və qeyd edir ki, Dadryan 1964-cü ildə "The New York Times" qəzetinə yazdığı məktubda soruşur: "Ermənilərin Türkiyənin öz sakinlərini qırğından sonra mənimsədiyi öz ata-baba torpaqlarını geri almaq hüququ hansı əsaslarla rədd edilə bilər?" 1970-ci illərdə o, soyqırımın müqayisəli tədqiqatının yaradılmasında iştirak etmişdir.

Vaaqn Dadryan 2 avqust 2019-cu ildə, 93 yaşında vəfat etmişdir. Onun ölümündən sonra Ermənistan Prezidenti Armen Sarkisyan Dadryanın ailəsinə və yaxınlarına başsağlığı məktubu göndərmişdir.

Cinsi qısnama Dadryan 1991-ci ildə cinsi qısnama iddiaları ilə əlaqədar Geneseo Dövlət Kollecindəki vəzifəsindən qovulmuşdur. Bu hadisə 24 aprel 1990-cı ildə Dadryan soyqırım məsələlərinə dair bir neçə beynəlxalq konfransda iştirak etdikdən sonra kollecə qayıdanda və 18 yaşlı tələbəsini təqib etməyə başlayanda baş vermişdir. Kollec rəhbərliyi 64 yaşlı professora könüllü olaraq istefa verməyi təklif etmiş, lakin Dadryan qərardan şikayət etmiş və uduzmuşdur. Arbitr Vittenberq öz qərarını verərkən qeyd etmişdir ki, Dadryan 1981-ci ildə dörd cinsi zorakılıq halına görə təqsirli bilinəndə onun artıq cinayəti var idi. Buna baxmayaraq, həmin vaxt "bunun bir daha təkrar olunmayacağına" ümid edərək onun müəllimliyə qayıtmağına icazə verilmişdi. 1981-ci il dinləmələrindən sonra 100 müəllim də daxil olmaqla 600-ə yaxın adam məktəb rəhbərlərindən "şagirdləri professor Dadryan tərəfindən gələcək təqiblərdən qorumaq" xahişi ilə petisiya imzalamışdır.

Əsərləri Dadryanın kitabları və məqalələri 10-dan çox dilə tərcümə olunmuşdur: Autopsie du Génocide Arménien. Trans. Marc & Mikaël Nichanian. Brussels: Éditions Complexe, 1995, 266p. Haykakan Tsekhaspanut`iune Khorhtaranayin ev Patmagitakan Knnarkumnerov (The treatment of the Ottoman genocide by the Ottoman parliament and its historical analysis). Watertown, MA: Baikar, 1995, 147p. Jenosid Ulusal ve Uluslararasi Hukuk Sorunu Olarak: 1915 Ermeni Olay ve Hukuki Sonuçlar [Genocide as a problem of national and international law: The World War I Armenian case and its contemporary legal ramifications]. Trans. Yavuz Alogan. Istanbul: Belge Uluslararas Yaynclk, 1995, 221p. The History of the Armenian Genocide: Ethnic Conflict from the Balkans to Anatolia to the Caucasus. Providence, RI & Oxford: Berghahn Books, 1995, 452p. German Responsibility in the Armenian Genocide: A Review of the Historical Evidence of German Complicity. Watertown, MA: Blue Crane Books, 1996, 304p. Histoire du génocide arménien: Conflits nationaux des Balkans au Caucase. Traduit de l'anglais par Marc Nichanian. Paris: Stock, 1996, 694p. The Key Elements in the Turkish Denial of the Armenian Genocide: A Case Study of Distortion and Falsification. Cambridge, MA and Toronto: Zoryan Institute, 1999, 84p. Warrant for Genocide: Key Elements of Turko-Armenian Conflict. New Brunswick and London: Transaction Publishers, 1999, 214p. Los elementos clave en el negacionismo Turco del Genocidio Armenia: un estudio de distorsión y falsificación. Translated by Eduardo A. Karsaclian. Buenos Aires: Fundación Armenia, 2002, 79p. Historia Tis Armenikan Genoktonias [History of the Armenian Genocide]. Athens: Stokhastis, 2002, 685p. Historia del Genocidio Armenio. . Translated by Eduardo A. Karsaclian. Buenos Aires: Imago Mundi, 2008, 434p.

İstinadlar

Xarici keçidlər Bibliography of V. N. Dadrian 60 min. video of a Lecture by Prof. Dadrian at Armenica.org Dadrian at President Prize website No Stopping Now: Dadrian Celebrates 85th Birthday

Kateqoriya:Türkiyədən ABŞ-yə mühacirət edənlər Kateqoriya:ABŞ tarixçiləri Kateqoriya:Erməni tarixçilər Kateqoriya:XX əsr tarixçiləri Kateqoriya:ABŞ erməniləri Kateqoriya:Konstantinopolda doğulanlar Kateqoriya:Ermənistan tarixi Kateqoriya:XXI əsr tarixçiləri