Meqqi Borq () — Maltalı ictimai və ətraf mühit fəalı.
Bioqrafiya Meqqi Borq 1952-ci il yanvarın 14-də Maltanın Kospikua şəhərində anadan olub. 10 uşaqlı ailənin böyük uşağı idi. Kospikuada məktəbə getdikdən sonra Qrinpisə qoşulmazdan əvvəl tur bələdçisi, mağaza işçisi və yun sviter dizayneri və istehsalçısı kimi çalışmışdır. Borq gənc yaşda evlənir, lakin evlilik tezliklə dağılır. Bir müddət Naşşaredə və Mostda yaşayır, nəhayət Zebbuqda məskunlaşır.
O, təhsilini Malta Universitetində davam etdirib, 1993-cü ildə sosiologiya və ətraf mühitin öyrənilməsi üzrə magistr dərəcəsi alıb. Orta məktəb proqramı üçün ətraf mühitin öyrənilməsi kursu hazırlayır və San Anton Liseyində dərs deməyə başlayır. Onun dərsə yanaşması həm tələbələr, həm də onların valideynləri tərəfindən yüksək qiymətləndirilmişdir.
Ekoloji aktivlik Meqqi Borq görkəmli Malta ekoloqu idi. O, Yerin Dostları və Qrinpisdə çalışmışdır. Onun əsas məqsədi Malta və Aralıq dənizi ölkələrində tullantıların təkrar emalı və "təmiz" enerjidən istifadəni təşviq etmək, eləcə də kənd yerlərində təbiətin qorunması idi.
Ölümü Meqqi Borq xəstəliklə təxminən on il mübarizə apardıqdan sonra 3 avqust 2004-cü ildə 52 yaşında döş xərçəngindən ölür. O, ömrünün sonuna qədər fəal olaraq qalır, müxtəlif xeyriyyə təşkilatlarına, o cümlədən Malta Xərçəng Fonduna dəstək verirdi.
İstinadlar
Kateqoriya:Süd vəzi xərçəngindən ölənlər