Yevno Fişeleviç (Yevgeni Filippoviç) Azef (; ) — Rusiya siyasətçisi, Sosialist İnqilabçılar Partiyası, onun döyüş təşkilatının yaradıcılarından və rəhbərlərindən biri.

Həyatı Yevno Fişeleviç Azef 1869-cu ildə Rusiya imperiyasında, indiki Belarus ərazisində anadan olmuşdur. O, 1892-ci ildən polis idarəsinin məxfi zabiti olmuşdur. Azef 1899-cu ildə Sosialist İnqilabçıların Şimal İttifaqına qoşulmuşdur. O, 1901-ci ildə Sosialist İnqilabçılar Partiyasının təşkilatçılarından biri olmuşdur. 1903-cü ildə Azef faktiki olaraq Sosialist İnqilabçılar Partiyasının Döyüş Təşkilatına rəhbərlik edirdi. O, 1904-cü ildə Vyaçeslav fon Pleve və 1905-ci ildə böyük knyaz Sergey Aleksandroviçin qətllərinin təşkilatçısı idi. Eyni zamanda, Azefin 1901-ci ildə Xarkovda Sosialist İnqilabçılar Partiyasının nümayəndələrinin qurultayını polisə verməsi ilə 1905-ci ilə qədər döyüş təşkilatının demək olar ki, bütün tərkibi ifşa olunmuşdur. 1908-ci ildə onun fəaliyyətinə görə döyüş təşkilatının yeddi üzvü ifşa olunmuşdur. 1908-ci ildə Vladimir Burtsev tərəfindən ifşa olunmuş, Sosialist İnqilabçılar Partiyasının Mərkəzi Komitəsi Azefi ölüm cəzasına məhkum etmişdir. Buna baxmayaraq, o, ölkədən qaçmışdır. Azef 1915-ci ildə Birinci Dünya müharibəsi zamanı Almaniyada rus casusu kimi həbs edilmişdir. O, 24 aprel 1918-ci ildə Berlində vəfat etmişdir.Энциклопедический словарь. 2009. Азеф Евно Фишелевич.

İstinadlar

Əlavə ədəbiyyat

(текст на lib.ru , оригинал в .doc ,)

Xarici keçidlər

Морозов, Константин Николаевич. Евно Азеф: революционер-провокатор. Программа "Цена революции" на радиостанции "Эхо Москвы". 30 декабря 2018 года Морозов, Константин Николаевич. Евно Азеф: "либерал с бомбой"? Программа "Цена революции" на радиостанции "Эхо Москвы". 6 января 2019 года Евно Азеф Биографический указатель на сайте Хроно.ру

Kateqoriya:Rusiya inqilabçıları Kateqoriya:Sosialist İnqilabçılar Partiyasının üzvləri