Ermənistan Mütərəqqi Birləşmiş Kommunist Partiyası (, Hayastani Aracadimakan Miatsial Komunistakan Kusaktsutyun) — Ermənistanda kommunist siyasi partiya. Vazgen Səfəryan tərəfindən təsis edilmişdir.
Tarixi Partiya hal-hazırda Ermənistanda səlahiyyətli üç kommunist partiyasından biridir. Buna baxmayaraq, partiyanın heç vaxt Milli Məclisdə təmsilçiliyi olmamışdır. 2012-ci ildə Ermənistanda keçirilən parlament seçkilərindən əvvəl partiyanın Ermənistan Kommunist Partiyası ilə siyasi ittifaq quracağı barədə xəbərlər yayılmışdı. İki partiya arasında danışıqlar aparılsa da, Ermənistan Kommunist Partiyası 2012-ci il seçkilərində təkbaşına, Birləşmiş Kommunist Partiyası isə iştirak etməmək qərarına gəlmişdir. Partiya 2018-ci ildə Ermənistanda keçirilən parlament seçkilərində iştirak etməmişdir.
İdeologiya Partiya rəhbərləri "SSRİ dövründə Ermənistanın sərvətini və firavanlığın bərpa etmə"yi qarşısına məqsəd qoymuş, pulsuz təhsilin, pulsuz tibbi xidmətin, iqtisadiyyatın istehsal və sənaye sahələrinin inkişafının tərəfdarı idilər.
İstinadlar
Kateqoriya:Ermənistandakı siyasi partiyalar Kateqoriya:Ermənistandakı kommunist partiyalar