Haukipudas – Finlandiyanın şəhəri və keçmiş bələdiyyəsi. Oulu əyalətində və Şimali Ostrobotniya bölgəsinin bir hissəsində yerləşir.Onun sahili Botnik körfəzi boyunca uzanır və Kiiminkijoki çayı əyalətdən keçir. Kiiminki , Oulunsalo və Yli-Ii bələdiyyələri ilə birlikdə 1 yanvar 2013-cü ildə Oulu şəhəri ilə birləşdirildi.
Haukipudasda 16 kənd var: Kirkonkyla, Santaholma, Ukonkaivos, Martinniemi, Asemakyla, Onkamo, Halosenniemi, Holstinmäki, Häyrysenniemi, Jokikyla, Kalimeenkyla, Kello, Kiviniemi, Parkumäki, Takkuranta və Virpiniemi.
Təhsil şöbəsi 2007–2013-cü illərdə Finlandiyada keçirilən Ömürlük Öyrənmə Proqramında iştirak etmişdir.
İstinadlar
Kateqoriya:Finlandiya şəhərləri