thumb|right|200px|2006-cı ilin sentyabrında Antarktida üzərindəki ən böyük ozon dəliyi Ozon qatını məhv edən maddələr üzrə Monreal Protokolu () — ozon təbəqəsinin mühafizəsi üzrə 1985-ci il Vyana Konvensiyasının beynəlxalq protokolu, ozon təbəqəsini məhv edən bəzi kimyəvi maddələrin mərhələli şəkildə ləğv edilməsi yolu ilə ozon təbəqəsini qorumaq üçün nəzərdə tutulmuşdur. Protokol 16 sentyabr 1987-ci ildə imzalanmaq üçün hazırlanmış və 1 yanvar 1989-cu ildə qüvvəyə minmişdir. Bunun ardınca 1989-cu ilin mayında Helsinkidə ilk görüş keçirilir. O vaxtdan bəri protokola yeddi dəfə yenidən baxılıb: 1990-cı ildə (London), 1991-ci ildə (Nayrobi), 1992-ci ildə (Kopenhagen), 1993-cü ildə (Banqkok), 1995-ci ildə (Vyana), 1997-ci ildə (Monreal), 1999-cu ildə (Pekin) və 2016-cı ildə (Kiqali). Əgər protokolu imzalayan ölkələr gələcəkdə də ona əməl etməyə davam edərlərsə, o zaman 2050-ci ilə qədər ozon təbəqəsinin bərpa olunacağına ümid etmək olar. BMT-nin Baş katibi (1997–2006) Kofi Annan deyib ki, "bəlkə də yeganə çox uğurlu beynəlxalq saziş Monreal protokolu sayıla bilər".
SSRİ 1987-ci ildə Monreal protokolunu imzalamışdır. 1991-ci ildə Rusiya, Ukrayna və Belarus bu qərara varis olduqlarını təsdiq etmişlər.
2009-cu ilin dekabrına olan məlumata görə, BMT-yə üzv olan 196 ölkə Monreal Protokolunun orijinal variantını ratifikasiya edib. Bütün ölkələr hər sonrakı düzəlişləri ratifikasiya etməmişdir. Yalnız 191 ölkə Pekin düzəlişini imzalamışdır.
Protokolun şərtləri və məqsədləri 1980-ci illərin ortalarında ozon təbəqəsi sürətlə tükənməyə başlayırdı. Bunun səbəbi, bir neçə alimin fikrincə, sənayedə geniş istifadə olunan bəzi halogenləşdirilmiş karbohidrogenlərin Yer atmosferinə daxil olması olub. Monreal protokolu ozon təbəqəsinin deşilməsinə qarşı beynəlxalq mübarizə məqsədilə hazırlanmışdır. O, halogenləşdirilmiş karbohidrogenlərin hər bir qrupu üçün onun mərhələli şəkildə ləğv edilməli və istifadədən xaric edilməli olduğu müəyyən bir müddət nəzərdə tutur.
Problem tarixçəsi 1973-cü ildə Kaliforniya Universitetində kimyaçılar Frank Şervud Rouland və Mario Molina Yer atmosferində xloroflorokarbonların təsirini öyrənməyə başlayırlar. Onlar kəşf edirlər ki, xloroflorokarbonların molekulları orta stratosferə qalxana qədər atmosferdə kifayət qədər davamlıdırlar və burada atom xloru əmələ gətirmək üçün UV şüalarının təsiri altında dissosiasiya olunurlar. Rouland və Molina bu xlor atomlarının stratosferdə böyük miqdarda ozonun məhvinə səbəb ola biləcəyini irəli sürürlər. Onların tapıntıları azot oksidinin ozon təbəqəsini sürətləndirə biləcəyini göstərən Paul Cozef Krutzen və Harold Constounun oxşar işlərinə əsaslanırdı. Krutzen, Molina və Rouland bu problem üzərində işlərinə görə 1995-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülürlər.
Məlumdur ki, stratosfer ozonu bütün canlı orqanizmlər üçün zərərli olan Ultrabənövşəyi şüalanma radiasiyasını (Günəşdən λ=290÷320 nm dalğa uzunluğuna malik elektromaqnit şüalanması) demək olar ki, tamamilə udur. xloroflorokarbonların yaratdığı ozon təbəqəsinin dəlinməsi Yer səthinə çatan ultrabənövşəyi şüalanma miqdarının artmasına səbəb olur. Nəticədə insanlarda dəri xərçəngi hallarının sayının artması (melanoma, karsinoma və s.) və digər ciddi problemlərin ortaya çıxması, məhsulun zədələnməsi və əhəmiyyətli miqdarda dəniz fitoplanktonunun ölümü kimi hallar artmışdır.
Rouland-Molina fərziyyəsi aerozol və haloalkan sənayeləri tərəfindən ciddi şəkildə mübahisələndirildi. DuPont-un idarə heyətinin sədri bildirib ki, ozonun deşilməsi nəzəriyyəsi "elmi fantastika nağılı… bir yük zibil… absurd şəkildə ifadə edilib". Precision Valve Corporation-ın prezidenti Robert Abplanalp (ilk praktiki aerozol spreyinin ixtiraçısı) Kaliforniya Universitetinin rektoruna yazıb ki, Roulandın ictimai bəyanatlarından narazıdır.
İstinadlar
Mənbə 1989-cu il Monreal Protokolunun orijinal mətni BMT-nin saytında: в формате SHTML в формате PDF Текст Монреальского протокола с существующими дополнениями Статья в журнале "Вокруг света"
Kateqoriya:Qlobal istiləşmə Kateqoriya:Vanuatunun müqavilələri Kateqoriya:ABŞ-nin müqavilələri Kateqoriya:Moldovanın müqavilələri Kateqoriya:Avstriyanın müqavilələri Kateqoriya:Avstriyanın müqavilələri Kateqoriya:Albaniyanın müqavilələri Kateqoriya:Andorranın müqavilələri Kateqoriya:Antiqua və Barbudanın müqavilələri Kateqoriya:Argentinanın müqavilələri Kateqoriya:Baham adalarının müqavilələri Kateqoriya:Azərbaycanın müqavilələri Kateqoriya:Avstraliyanın müqavilələri Kateqoriya:Barbadosun müqavilələri Kateqoriya:Banqladeşin müqavilələri Kateqoriya:Latviyanın müqavilələri Kateqoriya:Lesotonun müqavilələri Kateqoriya:Liberiyanın müqavilələri Kateqoriya:Lixtenşteynin müqavilələri Kateqoriya:Litvanın müqavilələri Kateqoriya:Livanın müqavilələri Kateqoriya:Burundinin müqavilələri Kateqoriya:Lüksemburqun müqavilələri Kateqoriya:Braziliyanın müqavilələri Kateqoriya:Burkina-Fasonun müqavilələri Kateqoriya:Botsvananın müqavilələri Kateqoriya:Belçikanın müqavilələri Kateqoriya:Bosniya və Herseqovinanın müqavilələri Kateqoriya:Bolqarıstanın müqavilələri Kateqoriya:Boliviyanın müqavilələri Kateqoriya:Birləşmiş Krallığın müqavilələri Kateqoriya:Beninin müqavilələri Kateqoriya:Bəhreynin müqavilələri Kateqoriya:Belizin müqavilələri Kateqoriya:Cənubi Koreyanın müqavilələri Kateqoriya:Cibutinin müqavilələri Kateqoriya:Çadın müqavilələri Kateqoriya:Çexoslovakiyanın müqavilələri Kateqoriya:Çexiyanın müqavilələri Kateqoriya:Çilinin müqavilələri Kateqoriya:Dominikanın müqavilələri Kateqoriya:Dominikan Respublikasının müqavilələri Kateqoriya:Danimarkanın müqavilələri Kateqoriya:Ekvadorun müqavilələri Kateqoriya:Ekvatorial Qvineyanın müqavilələri Kateqoriya:Eritreyanın müqavilələri Kateqoriya:Ermənistanın müqavilələri Kateqoriya:Əlcəzairin müqavilələri Kateqoriya:Esvatininin müqavilələri Kateqoriya:Estoniyanın müqavilələri Kateqoriya:Ficinin müqavilələri Kateqoriya:Filippinin müqavilələri Kateqoriya:Fransanın müqavilələri Kateqoriya:Finlandiyanın müqavilələri Kateqoriya:Gürcüstanın müqavilələri Kateqoriya:Hindistanın müqavilələri Kateqoriya:Haitinin müqavilələri Kateqoriya:Polşanın müqavilələri Kateqoriya:Laosun müqavilələri Kateqoriya:Almaniya Demokratik Respublikasının müqavilələri Kateqoriya:Almaniya Federativ Respublikasının müqavilələri Kateqoriya:Belorusiya Sovet Sosialist Respublikasının müqavilələri Kateqoriya:BMT-nin beynəlxalq müqavilələri Kateqoriya:Hondurasın müqavilələri Kateqoriya:Xorvatiyanın müqavilələri Kateqoriya:İndoneziyanın müqavilələri Kateqoriya:İordaniyanın müqavilələri Kateqoriya:İraqın müqavilələri Kateqoriya:İranın müqavilələri Kateqoriya:İrlandiyanın müqavilələri Kateqoriya:İslandiyanın müqavilələri Kateqoriya:İspaniyanın müqavilələri Kateqoriya:İsrailin müqavilələri Kateqoriya:İsveçin müqavilələri Kateqoriya:İsveçrənin müqavilələri Kateqoriya:İtaliyanın müqavilələri Kateqoriya:Kabo-Verdenin müqavilələri Kateqoriya:Kambocanın müqavilələri Kateqoriya:Kamerunun müqavilələri Kateqoriya:Kanadanın müqavilələri Kateqoriya:Keniyanın müqavilələri Kateqoriya:Kiprin müqavilələri Kateqoriya:Kolumbiyanın müqavilələri Kateqoriya:Komor adalarının müqavilələri Kateqoriya:Konqo Respublikasının müqavilələri Kateqoriya:Kosta-Rikanın müqavilələri Kateqoriya:Kot-d'İvuarın müqavilələri Kateqoriya:Kubanın müqavilələri Kateqoriya:Küveytin müqavilələri Kateqoriya:Qabonun müqavilələri Kateqoriya:Qambiyanın müqavilələri Kateqoriya:Qananın müqavilələri Kateqoriya:Qayananın müqavilələri Kateqoriya:Qazaxıstanın müqavilələri Kateqoriya:Qırğızıstanın müqavilələri Kateqoriya:Qrenadanın müqavilələri Kateqoriya:Qvatemalanın müqavilələri Kateqoriya:Qvineya-Bisaunun müqavilələri Kateqoriya:Qvineyanın müqavilələri Kateqoriya:Macarıstanın müqavilələri Kateqoriya:Madaqaskarın müqavilələri Kateqoriya:Malavinin müqavilələri Kateqoriya:Maldiv adalarının müqavilələri Kateqoriya:Malinin müqavilələri Kateqoriya:Maltanın müqavilələri Kateqoriya:Mavrikinin müqavilələri Kateqoriya:Mavritaniyanın müqavilələri Kateqoriya:Meksikanın müqavilələri Kateqoriya:Mərakeşin müqavilələri Kateqoriya:Mərkəzi Afrika Respublikasının müqavilələri Kateqoriya:Misirin müqavilələri Kateqoriya:Monakonun müqavilələri Kateqoriya:Monqolustanın müqavilələri Kateqoriya:Mozambikin müqavilələri Kateqoriya:Namibiyanın müqavilələri Kateqoriya:Naurunun müqavilələri Kateqoriya:Nepalın müqavilələri Kateqoriya:Niderlandın müqavilələri Kateqoriya:Nigerin müqavilələri Kateqoriya:Nigeriyanın müqavilələri Kateqoriya:Nikaraquanın müqavilələri Kateqoriya:Norveçin müqavilələri Kateqoriya:Özbəkistanın müqavilələri Kateqoriya:Pakistanın müqavilələri Kateqoriya:Palaunun müqavilələri Kateqoriya:Panamanın müqavilələri Kateqoriya:Papua-Yeni Qvineyanın müqavilələri Kateqoriya:Paraqvayın müqavilələri Kateqoriya:Perunun müqavilələri Kateqoriya:Portuqaliyanın müqavilələri Kateqoriya:Ruandanın müqavilələri Kateqoriya:Rumıniyanın müqavilələri Kateqoriya:Salvadorun müqavilələri Kateqoriya:Samoanın müqavilələri Kateqoriya:San-Marinonun müqavilələri Kateqoriya:San-Tome və Prinsipinin müqavilələri Kateqoriya:Seneqalın müqavilələri Kateqoriya:Sent-Kits və Nevisin müqavilələri Kateqoriya:Sent-Lüsiyanın müqavilələri Kateqoriya:Sent-Vinsent və Qrenadinin müqavilələri Kateqoriya:Serbiya və Monteneqronun müqavilələri Kateqoriya:Seyşel adalarının müqavilələri Kateqoriya:Slovakiyanın müqavilələri Kateqoriya:Sloveniyanın müqavilələri Kateqoriya:SSRİ-nin müqavilələri Kateqoriya:Surinamın müqavilələri Kateqoriya:Suriyanın müqavilələri Kateqoriya:Syerra-Leonenin müqavilələri Kateqoriya:Şərqi Timorun müqavilələri Kateqoriya:Şimali Koreyanın müqavilələri Kateqoriya:Şimali Makedoniyanın müqavilələri Kateqoriya:Şri-Lankanın müqavilələri Kateqoriya:Tacikistanın müqavilələri Kateqoriya:Tailandın müqavilələri Kateqoriya:Tanzaniyanın müqavilələri Kateqoriya:Toqonun müqavilələri Kateqoriya:Trinidad və Tobaqonun müqavilələri Kateqoriya:Tunisin müqavilələri Kateqoriya:Türkiyənin müqavilələri Kateqoriya:Türkmənistanın müqavilələri Kateqoriya:Ukrayna Sovet Sosialist Respublikasının müqavilələri Kateqoriya:Uqandanın müqavilələri Kateqoriya:Uruqvayın müqavilələri Kateqoriya:Venesuelanın müqavilələri Kateqoriya:Vyetnamın müqavilələri Kateqoriya:Yamaykanın müqavilələri Kateqoriya:Yaponiyanın müqavilələri Kateqoriya:Yeni Zelandiyanın müqavilələri Kateqoriya:Yerin atmosferi Kateqoriya:Yəmənin müqavilələri Kateqoriya:Yuqoslaviyanın müqavilələri Kateqoriya:Yunanıstanın müqavilələri Kateqoriya:Zambiyanın müqavilələri Kateqoriya:Zimbabvenin müqavilələri Kateqoriya:Ətraf mühitin mühafizəsi