Egid Kvirin Azam (; ) — Almaniya suvaqçısı, heykəltəraşı və interyer dekoratoru. Barokko dövrünün axırlarında yaşayıb-yaratmış, əsasən qardaşı Kosmas Damian Azamla birlikdə işləmişdir.

Həyatı Egid Kvirin Azam 1692-cu ildə Bavariyada, Tegernze şəhərində anadan olmuşdur. O, atasından heykəltəraşlıq təhsili almışdır. Azam ömrünün ortalarında Münhendə məskunlaşmışdır. Onun ən məşhur əsərlərindən biri Cənubi Almaniyanın barokkosunun ən əhəmiyyətli memarlıq strukturlarından biri olan, Münhen şəhərində yerləşən Azamkirxe kilsəsidir. Egid Kvirin Azam 29 aprel 1750-ci ildə Manhaym şəhərində vəfat etmişdir. — статья из «Популярной художественной энциклопедии.» Под ред. Полевого В. М.; М.: Издательство «Советская энциклопедия», 1986.

İstinadlar

Əlavə ədəbiyyat Friedrich Wilhelm Bautz: Asam, Egid Quirin. In: Biographisch-Bibliographisches Kirchenlexikon (BBKL). Band 1, Bautz, Hamm 1975, Sp. 250—251. Erika Hanfstaengl: Die Brüder Cosmas Damian und Egid Quirin Asam (Deutsche Lande — Deutsche Kunst). München/Berlin 1955.

Kateqoriya:Barokko rəssamları Kateqoriya:XVIII əsr rəssamları Kateqoriya:Almaniya rəssamları Kateqoriya:Barokko memarları Kateqoriya:Almaniya memarları