right|thumb|Müqəddəs barka ilə kahinlər. Karnak məbəd kompleksində təsvir.
Opet festivalı və ya Opet bayramı () — Qədim Misirdə Amon və Mutun nikahının hər il qeyd edilməsi. Burada həmin tanrıların və onların uşağı Xonsunun (Teben triadası) təsvirləri olan barkalar Karnak məbəd kompleksindən (İpet-İsut və ya İpet-sut) Luksor şəhərinə aparılırdı. Prosesin kulminasiya nöqtəsi İpet-İsutdan olan Amon-Ranın Tebendən olan Amon ilə görüşü olmuşdu. Yenidən doğuş festivalın əsas mövzularından biridir, buna görə də fironun yenidən tacqoyma mərasimi adətən orada keçirilirdi. Bayram Yeni padşahlıq dövründən qeyd olunur.
İstinadlar
Əlavə ədəbiyyat Davies, V. & Friedman R. Egypt, British Museum Press, 1998 Nigel Strudwick and Helen Strudwick. Thebes in Egypt, Cornell University Press, 1999
Kateqoriya:Teben Kateqoriya:Amon Kateqoriya:Qədim Misir festivalları