Vittorio Umberto Qrilli (; ) — italyan iqtisadçı və siyasətçi, Monti hökumətində İqtisadiyyat və Maliyyə naziri (2012-2013).
Bioqrafiyası 1986-1990-cı illərdə Yel Universitetində dosent olub.
1990-1994-cü illərdə Birkbekdə (London Universiteti) Maliyyə professoru.
1994-2000-ci illərdə Xəzinədarlıq, Büdcə və Maliyyə Planlaşdırma Nazirliyində.
2001-2002-ci illərdə Credit Suisse First Boston-un İtaliya investisiya bankçılığı bölməsinə rəhbərlik edib.
2002-2005-ci illərdə İtaliya İqtisadiyyat və Maliyyə Nazirliyinin mühasibat departamentinə, 2005-2011-ci illərdə həmin idarənin xəzinədarlıq şöbəsinə rəhbərlik edib.
O, Mario Monti hökumətində 29 noyabr 2011-ci ildən 11 iyul 2012-ci il tarixədək İqtisadiyyat və Maliyyə Nazirinin müavini, daha sonra 28 aprel 2013-cü ilə qədər İqtisadiyyat və Maliyyə Naziri vəzifələrində çalışıb.
2014-cü ildə o, JPMorgan-ın Londonda yerləşən Avropa, Yaxın Şərq və Afrikadakı əməliyyatlarının prezidenti seçildi (Korporativ və İnvestisiya Bankçılığı Emea)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:XXI əsr İtaliya siyasətçiləri Kateqoriya:Yel Universitetinin müəllimləri Kateqoriya:İtaliya iqtisadçıları