Vitali Vladimiroviç Astaxin () — Azərbaycan musiqiçisi, trombon ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (2005).

Həyatı

Vitali Vladimiroviç Astaxin 2 fevral 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə Bakı Musiqi Texnikumunu bitirmişdir.

Vitali Astaxin 1969–1973 və 1978–1986-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrində, 1973–1978-ci illərdə isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında fəaliyyət göstərmişdir.

1986-cı ildən Azərbaycan Dövlət Simfonik Orkestrinin trombonçalanlar qrupunun konsertmeysteridir.

Təltif və mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 16 sentyabr 2005 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 19 sentyabr 1991

İstinadlar

Kateqoriya:Azərbaycan musiqiçiləri