Kuznetsk Alatausu — Rusiya Federasiyasının Kemerovo vilayətində və Krasnoyarsk diyarında dağ silsiləsi. Tom və Çulım çaylarının (Ob hövzəsi) suayırıcısıdır. Uzunluğu təqribən 300 km, eni 150 km, maksimal hündürlüğü 2178 m-dir (Verxni Zub dağı). Faydalı qazıntıları: dəmir və manqan filizləri, qızıl, xromit, boksit və s. Yamaclarında meşələr var.
Mənbə
Kateqoriya:Rusiya dağları Kateqoriya:Kemerovo vilayəti Kateqoriya:Rusiya sıradağları