Mina Sandvoll (; ) — ABŞ aktrisası.

Bioqrafiya Sandvoll 24 oktyabr 2001-ci ildə Nyu-York şəhərində anadan olmuşdur. İlk dəfə aktrisa olaraq 2012-ci ildə "Celebrity Ghost Stories" qorxu teleserialının 4-cü mövsümündə görünmüşdür. 2014-cü ildə "Law & Order: Special Victims Unit" filmində çıxış etmişdir. 2015-ci ildə isə romantik komediya-dram janrında "Maggie's Plan", triller janrında "Freeheld" və qorxu janrında "#Horror" filmlərində yer almışdır. 2018-ci ilin aprel ayında buraxılan Netflix serialı "Lost in Space"də Penni Robinson rolunu canlandırmışdır.

Filmoqrafiya İlBaşlıqRolQeydlər2012Celebrity Ghost StoriesKeti4-cü mövsüm, 21-ci epizod2014A Good Marriagegənc Petra2014Law & Order: Special Victims UnitMia HarrisEpizod: "Glasgowman's Wrath"2015Maggie's PlanCastine2015FreeheldMaya Kelder2015#HorrorFranseska2018–2021Lost in SpacePenni RobinsonBaş rol2020–2021Legends of TomorrowLitaTəkrarlanan rol; 8 epizod

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:Uşaq aktyorlar Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:Nyu-York şəxsləri