Lidiya Mari Herst-Şou (; ) — ABŞ fotomodeli, aktrisası və bloggeri. Siyasətçi Vilyam Randolf Herstin nəvəsidir.
Həyatı və təhsili Herst-Şou 19 sentyabr 1984-cü ildə aktrisa Petti Herst və keçmiş San-Fransisko polisi Bernard Şounun ailəsində doğulmuşdur. 2003-cü ilə qədər Kentukki ştatının Ferfild şəhərində yerləşən Müqəddəs Ürək Universitetində təhsil almıdır.
Karyerası
Jurnallar Fotoqraf Stiven Meysel Hersti "kəşf etdi" və ilk dəfə 2004-cü ilin aprel ayında "Vogue Italia" jurnalının üz qabığı üçün çəklişdə iştirak etdi. O vaxtdan bəri "Vogue", "Harper's Bazaar", "Elle", "Marie Claire", "GQ", "L'Officiel" və "Esquire" kimi müxtəlif beynəlxalq jurnalların üz qabığında yer almışdır. Meyseldən başqa Patrik Demarkelier, Ellen fon Anvörs, Mario Testino, Piter Lindberq, İnez fan Lamsvird və Vinud Matadin kimi məşhur fotoqraflarla birlikdə çalışmışdır.
Herst 2008-ci ildə "Michael Awards"da "İlin fotomodeli" və "Glamour Awards"da "Ən yaxşı beynəlxalq supermodel" seçilmişdir.
Herst həmçinin Chanel, Fendi, Katerina Malandrino, Nikola Miller və Ceremi Skott kimi dəb dizaynerləri üçün fotomodel olaraq çalışmışdır. (Adobe Flash)
Reklamlar Herst Prada, Louis Vuitton, Alexander McQueen, Bottega Veneta, Sephora, L'Oreal Ferria, DKNY, MYLA Lingerie, H&M, NARS Cosmetics, MAC Cosmetics, Miss Me Jeans, Moschino Cheap & Chic və Puma şirkətlərinin reklam kompaniyalarında iştirak etmişdir. (Adobe Flash)
Jurnalistika Herst qısa müddətlik "New York Post" qəzetinin "Page Six" bölməsinin hazırlanmasında iştirak etmişdir.
Filmoqrafiya İlBaşlıqRolQeydlər2008Last International PlayboyStella2008Fame FataleQısa film2009CepheusModel/özü2009ConsumedModel/özüQısa film2009Gossip GirlAmeliyaEpizod: "Much 'I Do' About Nothing"2012Two JacksAleksis2012Velvet MorningVelvetQısa film2012AmnesiaMikela2012I Am AiKOAikoQısa film2013DeliriumCennifer2013MistressesStoriEpizod: "Ultimatum"2014DesirePenelopaQısa film2014Automobile WaltzPenelopaQısa film2014The BarberMelissa2014Cabin Fever: Patient ZeroBricet2015CondemnedTess2015#HorrorLiza2015Stealing ChanelÇanel2015South of HellŞarlotta Roberts7 epizod2016Swing StateCuliya Davies2016All at OnceEmi201850kKloi2018Z NationPandora5-ci mövsüm2019The Haunting of Sharon TateEbiqeyl Folqer2019Between WorldsMeri2020The Shadow DiariesKristina / MariyaSəsləndirmə; podkast2021The Downside of BlissBliss Derek2021Grace and GritEmi2021Aileen Wuornos: American BoogeywomanCennifer Fell2022Titanic 666İdina BessTBASlayers
Şəxsi həyatı Herst 20 avqust 2016-cı ildə Kaliforniya ştatının Pasadena şəhərində Kris Hardviklə evlənmişdir. 2021-ci ilin avqust ayında qız övladı gözlədiklərini açıqladılar və 29 yanvar 2022-ci ildə qız övladları doğuldu.
Xeyriyyəçilik Herst göstərdiyi xeyriyyəçiliklərə görə 2012-ci ildə "Smile" mükafatı alıb. Həmçinin 2014-cü ildə humanitar mükafat almışdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ fotomodelləri Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:ABŞ jurnalistləri Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:ABŞ teatr aktrisaları Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:ABŞ blogerləri Kateqoriya:XXI əsr aktrisaları