– Yaponiya səyyahı və tədqiqatçısı. Saxalin adasının boğaz vasitəsilə materikdən ayrıldığını kəşf etmiş, Amur çayı boyunca səyahət edən ilk yapon olmuşdur. Avrasiya materikini Saxalin adasından ayıran Tatar boğazı Yaponiyada onun şərəfinə adlandırılır.
Həyatı thumb|left|Mamiyanın Saxalin və Aşağı Amur xəritəsi (1810).|120px 1780-ci ildə Hitaçidə yaşayan bir çəllək ustasının oğlu kimi doğulmuşdur. Çoğrafiyaşünas İno Tadatakanın müşayiəti altında kartoqrafiyanı öyrənmişdir. 1800-cü ildən etibarən Ezo adasında və Cənubi Kuril adalarında şoqun administrasiyası üçün tədqiqatçı kimi işləməyə başlamışdır. 1807-ci ildə rusların Etorofu adasına etdikləri basqında ruslara qarşı döyüşmüş və yaralanmışdır. Saxalin adasını öyrənməklə vəzifləndirilən Rinzo 1808-ci ildə Matsuda Dencuro ilə birlikdə adanın cənub hissəsini tədqiq etmişdir. Növbəti il təkbaşına adanın qərb hissəsinə səyahət etmiş, Saxalin adasının boğaz vasitəsilə Avrasiya materikindən ayrıldığını kəşf etmişdir. Həmin dövrdə Yaponiya və Qərb dünyasında Saxalin adasının materikə bitişik olduğu düşünülürdü.
Rinzo geri qayıtmayaraq Saxalin adasından materikə səyahət etmiş və Amur çayı boyunca irəliləyərək Deren ticarət postunda Mancuriya rəsmiləri ilə görüşmüşdür. Rinzo səyahətlərində öyrəndiklərini "Saxalinin illüstrasiyalı hesabatı" və "Tartariya səyahətləri" əsərlərində bölüşmüşdür.
Rinzo Yaponiyaya qayıtdıqdan sonra şoqunluq üçün casusluq və xəbərçilik etməyə başlamışdır. Edoya səyahət etmiş alman təbiətşünas Filip Frans fon Zibold ilə gizlicə bəzi xəritələri mübadilə edən kartoqraf Takahaşi Kaqeyasunun 1828-ci ildə həbs olunmasında Rinzonun əli olduğu düşünülür. Bir çox keçmiş həmkarı Rinzo ilə əlaqələri kəsmiş və o, son illərini tək keçirmişdir. Zibold Avropaya qayıtdıqdan sonra Mamiyanın kəşflərini Qərb dünyasında ictimailəşdirmişdir.
Həmçinin bax Filip Frans fon Zibold
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Asiyanın tədqiqatçıları Kateqoriya:Yaponiya səyyahları Kateqoriya:Saxalin tarixi