Marko Yankoviç (Serb Kiril : Марко Јанковић; ) — Monteneqrolu peşəkar futbolçu. Azərbaycanın "Qarabağ" klubunda və Monteneqro milli komandasında yarımmüdafiəçi kimi çıxış edir.

Karyerası

İlk illər Çetinyedə anadan olan Yankoviç ilk olaraq "Lovçen" klubunun uşaq komandasında çıxış edib. 2007-ci ildə Lovçendən "Partizan"a keçib. O, 2012–13 Serb Birinci Liqasında "Partizan"ın farm klubu "Teleoptik" klubunda debüt edir.

Olimpiakos 2013-cü ilin yayında Yankoviç dörd illik müqavilə ilə Yunanıstan çempionu "Olimpiakos" klubuna transfer olunur.

OFK Belqrad (icarə) 2014-cü ilin yayında Yankoviç Serbiyanın "OFK Beoqrad" klubuna icarəyə göndərilir. O, yeni komandasının evdə "Novi Pazar" komandası üzərində 3–2 hesablı qələbə qazandığı oyunda sonradan meydana çıxaraq debüt edir və ilk oyununda qol ilə fərqlənir. Serbiya Superliqasının 2014–15 mövsümundə Yankoviç 19 oyunda meyrdana çıxaraq dörd qol vurur.

Maribor (icarə) 31 avqust 2015-ci ildə Yankoviç Sloveniyanın "Maribor" klubuna icarəyə verilir. O, sentyabrın 23-də "Maribor"un evdə "Domzale" klubu ilə qrşılaşmasının 62-ci dəqiqəsində Dare Vrşiçi əvəzləyərək meydana çıxır və Sloveniya çempionatında debüt edir. Mariborda oynadığı müddətdə Yankoviç kluba Sloveniya Kubokunu qazanmağa kömək edir. Ölkə kubokunun finalında 120 dəqiqə oynayır və finalda "Celje" ilə penallaşma seriyasında bir penalı qola çevirir.

Partizan 15 iyun 2016-cı ildə Yankoviç bir mövsümlük icarə əsasında karyerasının ilk klubu olan "Partizan"a qoşulur.. O, "Partizan"da 95 nömrəli formanı geyinir. Parizanın 14 iyulda UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda evdə "Zaqlebi Lubin" komandası ilə qarşılaşmasında meydana çıxaraq yeni komandasında debüt edir. Noyabrın 6-da "Partizan"ın "Novi Pazar" klubu ilə oyununda fərqlənərək, "Partizan"ın heyətində ilk qolunu vurur.

14 sentyabr 2017-ci ildə Yankoviç, "Partizan"ın Avropa Liqasının qrup mərhələsində İsveçrənin "Yanq Boyz" klubu ilə səfərdə 1:1 hesablı heç-heçə etdiyi oyunda fərqlənərək, Avokuboklarda ilk qolunu vurur. 2017–18 mövsümünü bütün yarışlarda 42 oyunda meydana çıxır və yeddi qol vurur. 10 noyabr 2018-ci "Partizan"ın "Radnik Surdulica" komandası ilə liqa oyununda meydana çıxaraq, "Partizan"ın heyətində keçirdiyi oyunların sayını yüzə çatdırır. "Partizan"dan ayrıldıqdan sonra o, klubun ona ödənilməmiş ən azı 160.000 avro maaşını kluba bağışlayır.

SPAL 31 yanvar 2019-cu ildə Yankoviç 1,8 milyon avroya İtaliya A Seriyasında çıxış edən "SPAL" klubuna transfer olunur. Futbolçu yeni klubu ilə 2022-ci ilin iyun ayına qədər müqavilə imzalayır. Transfer haqqının yarısını "Partizan", qalan 50% hissəsini isə, "Olimpiakos"dan "Partizan"a əvvəlki transferindən faiz bəndinə görə "Olimpiakos" alır. 15 yanvar 2021-ci ildə Yankoviç və "SPAL" qarşılıqlı olaraq yollarını ayırmağa razılaşırlar.

Krotone (icarə) 31 yanvar 2020-ci ildə Yankoviç İtaliya B Seriyasında çıxış edən "Krotone" klubuna, 30 iyun 2020-ci il tarixinə kimi icarəyə verilir.

Beytar Yerusəlim 3 fevral 2021-ci ildə Yankoviç azad agent kimi İsrail Premyer Liqa komandası "Beytar Yerusəlim" klubuna qoşulur.

Hapoel Təl-Əviv 1 fevral 2022-ci il tarixində, İsrailin digər bir klubu olan "Hapoel Təl-Əviv" ilə müqavilə imzalayır.

Qarabağ Ağdam 2022-ci ilin yay aylarında Azərbaycan mətbuatında futbolçunun Ağdamın Qarabağ klubuna keçəcəyi barədə xəbərlər yayılmağa başlayır. Mətbuatın iddiasına görə, onun transferi üçün "Qarabağ"ın İsrail klubuna 150 min avro təzminat ödəyək. Bu xəbərlərdən az sonra, 20 iyun 2022-ci ildə "Qarabağ" İsrailin "Hapoel Təl-Əviv" klubundan Marko Yankoviçi transfer etdiyini və onunla 3 illik müqavilə imzaladığını rəsmən elan edir. Futbolçu yeni komandasında 8 nömrəli formanı seçir.

Futbolçu Qarabağa qoşulduqdan az sonra, 5 iyul 2022-ci ildə, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcən "Lex" — "Qarabağ" oyununda sonradan meydana daxil olaraq, "Qarabağ" klubunun heyətində rəsmi oyunlarda debüt edir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Monteneqrolu futbolçular Kateqoriya:Legioner Monteneqro futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Azərbaycanda legioner futbolçular Kateqoriya:Partizan Belqrad FK futbolçuları Kateqoriya:Maribor FK futbolçuları Kateqoriya:OFK Belqrad futbolçuları Kateqoriya:Olimpiakos FK futbolçuları Kateqoriya:SPAL FK futbolçuları Kateqoriya:Krotone FK futbolçuları Kateqoriya:Serbiya Superliqası futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:İsrail Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Serbiyada legioner futbolçular Kateqoriya:Yunanıstanda legioner futbolçular Kateqoriya:İtaliyada legioner futbolçular Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Monteneqro U-21 milli futbol komandası futbolçuları