Lampunqlar, lamponqlar, oranqabunqlar və ya abunqlar — İndoneziyada, Cənubi Sumatranın Lampunq əyalətində yaşayan xalq. 1995-ci ilin məlumatına görə, sayları 300 min nəfərdir. Hal-hazırda yaşadıqları əraziyə Cənubi Sumatranın qərb hissəsində XV əsrdə gəlmişlər.

Dil Lampunq dilində danışırlar. İndoneziya dili də yayılmışdır.

Mədəniyyət Maddi mədəniyyətlərinə görə malayyalılara yaxındırlar.

İqtisadiyyat Əsas məşğuliyyətləri əkinçilikdir. Bir sıra rayonlarda balıqçılıq inkişaf etmişdir. Heyvan və quş saxlayırlar.

İstinadlar

Əlavə ədəbiyyat

Kateqoriya:İndoneziyada yaşayan etnik qruplar Kateqoriya:Asiyadakı yerli xalqlar