Ağababa İman oğlu Abdullayev — Azərbaycan dövlət xadimi, Azərbaycanın yerli sənaye naziri (1989–1991), Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini (1988–1989).
Həyatı Ağababa İman oğlu Abdullayev 1946-cı ildə anadan olmuşdur. Əmək fəaliyyətinə "Arpaçaysutikinti" trestinin 1 nömrəli tikinti-quraşdırma idarəsində iş icraçısı kimi başlamışdır. Sonra Sənaye Tikintisi Nazirliyinin 5 nömrəli trestində, dəmir-beton trestində müxtəlif mühəndis-texnik vəzifələrində işləmiş, Naxçıvan tikinti materialları kominatının direktoru, Azərbaycan SSR Tikinti Nazirliyi 5 nömrəli trestinin müdiri olmuşdur.
Ağababa Abdullayev 1988-ci ildən Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini, 1989-cu ildən isə Azərbaycan SSR yerli sənaye naziri işləmişdir.
Ağababa Abdullayev "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsi bürosu üzvlüyünə namizəd olmuşdur.
İstinadlar
Həmçinin bax Azərbaycan SSR hökuməti (1985–1991) I Azərbaycan hökuməti
Kateqoriya:Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavinləri Kateqoriya:Azərbaycan SSR yerli sənaye nazirləri Kateqoriya:Azərbaycanın yerli sənaye nazirləri