Madonna Luiz(a) Çikkone ( ; ) — Amerikalı müğənni, bəstəkar, rəqqasə, aktrisa, prodüser, rejissor, xeyriyyəçi və iş qadını. Madonna Miçiqan ştatının Bey-Siti şəhərində anadan olmuş, lakin müasir rəqs sahəsində karyera qurmaq üçün 1977-ci ildə Nyu-Yorka köçmüşdür.

Karyerası ərzində Madonnanın albomları 400 milyon nüsxədən çox satılmış və o, tarixin ən çox musiqi satan qadın sənətçisinə çevrilmişdir. Bundan əlavə o, bir çox filmlərə də çəkilmişdir. Yeddi dəfə "Qremmi" mükafatı, eləcə də "Qızıl qlobus" mükafatlarına layiq görülmüşdür.

Musiqi sahəsində uğurlu karyerasına və tarixdə ifaları ən çox satılan qadın müğənni olduğuna görə Madonnaya "Popun kraliçası" ləqəbi verilmişdir.

Madonna 2026-ci il MTV Video Musiqi Mükafatlarında ən çox nominasiyalara layiq görülmüş və həmin nominasiyalardan 7-sində qələbə qazanaraq böyük uğura imza atmışdlr.

Madonnanın mədəni təsiri Madonnanın pop musiqiyə dərin təsiri tənqidçilərin və alimlərin onu "Pop Kraliçası" adlandırmasına səbəb olub. Onun irsi musiqidən kənara çıxır və sosioloqlar, tarixçilər, media alimləri və mədəniyyət tənqidçiləri tərəfindən araşdırılaraq Amerika mədəni tədqiqatlarının bir alt sahəsi olan Madonnaşünaslığın inkişafına səbəb olub.

Madonnadan əvvəl əksər böyük musiqi ulduzları kişi rok sənətçiləri idi və onun təsiri qadın solo ifaçıların əsas pop-musiqidə daha çox görünməsinə səbəb oldu. 21-ci əsrin bir çox qadın ifaçıları Madonnadan ilhamlandıqlarını və ondan töhfələnərək öz karyeralarını inkişaf etdirdiklərini etiraf etmişlər. Madonnanın cinsi təsvirlərdən istifadəsi cinsiyyət və feminizmlə bağlı geniş müzakirələrə səbəb olub.

Yazıçılar və alimlər Madonnanın LGBT, Latın Amerikalı və Qara mədəniyyətlə əlaqəsini də vurğulamışlar. Matt Cain iddia edirdi ki, onun işi marjinal qrupları və mədəniyyətləri əsas populyar mədəniyyətə gətirməyə kömək etmişdir. Bir çox nüfuzlu şəxslər tərəfindən Madonnanın "həmişə LGBTQ+ icmasının ən böyük müttəfiqi olduğu və bunun olduğu kimi qalacağını təsdiqləmişlər. "Bütün Dövrlərin Ən Nüfuzlu 100 Musiqiçisi " (2010) kitabına görə, Madonnanın əyləncə sənayesindəki nüfuzu və azadlığı bir qadın üçün ona qədərki dövrdə misli görünməmiş idi. Beynəlxalq səviyyədə siyasi və dini şərhçilər bəzən onu Qərb mədəni hegemonluğunun və ya "mədəni terrorizmin" simvolu kimi təqdim edərək , onu Amerikalaşma və yerli ənənələrin aşınması ilə əlaqələndirirlər.

Ginnesin rekordlarına görə Madonna ən çox albom satan qadın (təxminən 400 milyondan çox) müğənnidir və o, bu rekordu 2009-cu ildən bəri saxlayır və heç kim onu ​​keçməyə yaxınlaşmayıb.

Nailiyyətlər Forbes jurnalı Madonnanın 2025-ci ilə olan sərvətini 850 milyon dollar olaraq qiymətləndirib və bu da onu dünyanın ən varlı musiqiçilərindən birinə çevirib. 1990-cı, 2000-ci, və 2010-cuillərdə 11 dəfə Forbes illik ən çox qazanan qadın musiqiçisi olub.

Madonna karyerası boyunca konsert turlarının bilet satışından 1,6 milyard ABŞ dollarından çox gəlir əldə edib. Teylor Svift onu geridə qoyana qədər o, 19 il (2004–2023) ərzində ən çox gəlir gətirən qadın qastrol səfəri sənətçisi olmuşdu. Madonna yeddi Qremmi mükafatı və iyirmi yeddi MTV Video Musiqi Mükafatı, o cümlədən 1986-cı ildə ilk qadın sənətçi olaraq Video Vanguard Mükafatını qazanıb. Yaponiyada Madonna Yaponiya Səsyazma Sənayesi Assosiasiyasından on yeddi Qızıl Disk Mükafatı alıb. Madonna Billboard tərəfindən iki dəfə (1985 və 1989) "İlin Ən Böyük Pop Ulduzu" seçilən ilk sənətçi olmuşdur. Ümumilikdə Madonna Billboard çartlarında ən çox birinci yeri tutan sənətçi olub. "Like a Prayer" (1989), "The Immaculate Collection" (1990), "Ray of Light" (1998) və "Music" (2000) albomları "Rolling Stone" jurnalının "Bütün zamanların ən yaxşı 500 albomu" siyahısına daxil edilib.

Karyerası boyunca Madonnanın ABŞ-da on iki, Birləşmiş Krallıqda on üç, Kanadada iyirmi dörd və Avstraliyada on bir mahnısı siyahılarda birinci yeri tutub.

2026-cı il MTV Video Musiqi Mükafatlarında Madonna 13 nominasiya ilə gecəyə ilin ən çox nominasiya göstərilən sənətçisi kimi qatıldı və həmin nominasiyalardan yeddisinə layiq görüldü. Bunlardan əsas üçü Madonnanın 68 yaşında böyük uğura imza atdığını sübut edir: "ən yaxşı əməkdaşlıq" (Sabrina Karpenter ilə), "ən yaxşı rəqs" və ən başlıcası "ilin sənətçisi". Madonna bununla 27 sentyabr tarixində MTV VMA səhnəsinə 23 ildən sonra qayıdışını etdi. Gecənin açılışını edən nömrəsində Madonna bütün bu uğurlarının əsas səbəbi olan sonuncu "Confessions II" albomundan səhnədə Sabrina Karpenter ilə "Bring your love" və Çarli ilə birlikdə "Danceteria" mahnılarını ifa etdi.

Diskoqrafiya 1983: Madonna 1984: Like a Virgin 1986: True Blue 1989: Like a Prayer 1990: Immaculate Collection 1992: Erotica 1994: Bedtime Stories 1994: Something To Remember 1995: Evita 1998: Ray of Light 2000: Music 2003: American Life 2005: Confessions on a Dance Floor 2008: Hard Candy 2009: Celebration 2012: MDNA 2015: Rebel Heart 2019: Madame X 2026: Confessions II

Filmoqrafiya

Aktrisa olaraq "Müəyyən qurban" (1979) "Ümidsizcə Süsəni axtarıram" (1985) "Şanxay sürprizi" (1986) "O qız kimdir" (1987) "Brodvey köpəkləri" (1989) "Dik Treysi" (1990) "Madonna: Həqiqət və ya cəsarət" (1991) "Özlərinə aid komanda" (1992) "Sübut olaraq bədən" (1993) "Təhlükəli oyun" (1993) "Dörd otaq" (1995) "Evita" (1996) "Növbəti ən yaxşı şey" (2000) "Gedib" (2002) "Sənə bir sirr deyəcəm" (2005) "Artur və görünməzlər" (2006) "Madam İks" (2001)

Rejissor olaraq "Pislik və hikmət" (2008) "Biz sevgiyə inanırıq" (2011)

Turlar The Virgin Tour (1985) Who's That Girl World Tour (1987) Blond Ambition World Tour (1990) The Girlie Show (1993) Drowned World Tour (2001) Re-Invention World Tour (2004) Confessions Tour (2006) Sticky & Sweet Tour (2008–2009) The MDNA Tour (2012) Rebel Heart Tour (2015–2016) Madame X Tour (2019–2020) The Celebration Tour (2023-2024)

Şirkətlər Boy Toy Webo Girl Publishing (1992) Maverick (1992–2004) Ray of Light Foundation (1998) Raising Malawi (2006) Hard Candy Fitness (2010) Truth or Dare by Madonna (2011)

Qalereya

Həmçinin bax Erotica (albom) Confessions II

İstinadlar

Xarici keçidlər

Tours/Video Clips MDNA materialgirlcollection mobileroadie.com/apps/madonna

Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:Miçiqan Universitetinin məzunları Kateqoriya:Madonnanın albomları Kateqoriya:Brit mükafatı laureatları Kateqoriya:Ayvor Novello mükafatı laureatları Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:ABŞ rəqqasələri Kateqoriya:ABŞ şairləri Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Ginnesin Rekordlar Kitabına düşənlər Kateqoriya:Interscope Records artistləri Kateqoriya:ABŞ mesenatları Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:ABŞ bəstəkarları Kateqoriya:XXI əsr şairləri Kateqoriya:XX əsr şairləri Kateqoriya:ABŞ prodüserləri Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:XXI əsr bəstəkarları Kateqoriya:Biseksual qadınlar Kateqoriya:Dünya rekordçuları