200px|thumb|Şamaxı rəqqasəsi. Qriqori Qaqarin
Azərbaycanda kosmetika — Azərbaycanda üzə və bədənə gözəllik və təravət vermək üçün tətbiq edilən tədbir və vasitələrin məcmusunun inkişafı və vəziyyəti. Tarixən istifadə edilmiş kosmetik boyalara ənlik, kirşan, vəsmə, sürmə, xına, rüşül daxildir. Ətir olaraq gülab, ənbər və müşk tətbiq edilmişdir. Kosmetik vasitələr həm "məşşatə" və ya "bəzəkçi" adlandırılan ustalar tərəfindən, həm də ev şəraitində qadınların özü tərəfindən vurulurdu. Azərbaycanda "əttar" adlandırılan ətir satıcıları həm tibbi, həm kosmetik cəhətdən istifadə edilən mallar istehsal edirdilər.
Azərbaycan kosmetik vasitələri və bunlarla bağlı peşələr mədəni irs kimi ölkə səviyyəsində qeydiyyata alınmışdır. Orta əsr Azərbaycan şairləri və həkimləri, həmçinin xarici dövlətlərdən gələn ziyarətçilər öz əsərlərində kosmetik vasitələri qeyd etmişdilər. Kosmetik vasitələrin istifadə edildiyi mərasimlər xınayaxdı, Gülab bayramı və Çömçəxatun yağış ayinidir.
Tarixi 200px|thumb|right|Aşıq Pəri. Rəssam Altay Hacıyev Azərbaycanda kosmetik vasitələr tarixən qadın bəzəklərinin xüsusi bir qrupunu təşkil edib. Bu qrupa yanağa, qaşa və gözə çəkilən boyalar və ya əl və ayaq barmaqlarına sürtülən xına daxil idi. Keçmişdə "məşşatə", "bəzəkçi", "bəzəməçi", "bəzəkvuran", "düzgünçü", "zinətçi", "yazıcı", "pirayəbəxş", "üzalan" və s. adlandırılan bəzək ustaları toy günü gəlin gedən qızları və ya varlı evlərin kübar qadınlarını bəzəyərdilər. Azərbaycanda istifadə edilmiş kosmetik boyalara ənlik, kirşan, vəsmə, sürmə, xına, rüşül daxil idi. Saçlar darandıqdan sonra rayihələndirmək üçün gülab, ənbər və digər maye ətirlər saça vurulurdu. Kosmetik vasitələrin bir qismi, o cümlədən rüşül, daban daşı və xına satın alınaraq qadınların özü tərəfindən də istifadə edilirdi. Kosmetik vasitələrin satın alındığı yerlərə əttar dükanlar, əczaxanalar, çərçi və camaşırxanalar daxil idi. Orucluq dövründə qadınlar sürmə və müşk vurmurdular.
Kosmetik vasitələrin saxlanması və tətbiq edilməsi üçün istifadə edilən qablara və alətlərə sürmədan (sürmə qabı), sürmə mili, daraqqabı, xınabənd (xına yaylığı, gəlinlər üçün xüsusi qırmızı parçadan hazırlanırdı), zirpayı (ayağa xına qoyarkən ayaqaltı taxta, yaxud mis əşya), sefidab qutusu, ətir qabı, vəsməcuş (vəsmə qaynadılan mis və ya gümüş qab) daxil idi. Qızlar cehizliklərini sürmədan, ətir qabı və qələmdan kisəsini bəzəyən tikmələrlə zənginləşdirirdilər.
Tarixən Azərbaycanda loğmanlıq ilə məşğul olan mütəxəssislər ətirli maddələr (mayelər, ətriyyatlar, sular, yağlar və s.) düzəldərək ətirçi (əttar, kosmetoloq, parfümer) işini də görürdülər. Hazırlanan ətirlər bir neçə hallarda tibbi istifadə üçün də nəzərdə tutulmuş, vaxt keçdikcə və tərkibi dəyişdikcə yalnızca kosmetika vasitəsi kimi istifadə olunmağa başlanmışdır. İtaliyalı səyyah Cenkinsonun "Səyahətnamə"sində və fransız yazıçısı Aleksandr Dümanın "Qafqaz səyahəti" əsərində Azərbaycandakı əttarlarının sənəti və hazırladıqları kosmetik vasitələr qeyd edilmişdir.
Müstəqillik dövründə Azərbaycan xalq təbabətini yaşatmaq üçün bir sıra kitablar nəşr edilmişdir. Fərəcov F. H., Hüseynov V. H. və Məmmədov T. M. tərəfindən ərsəyə gətirilən "1001 faydalı məsləhət" əsərinə kosmetika ilə bağlı olaraq da xüsusi məsləhətlər daxildir. Mayis Qasımov və Tofiq Məmmədovun "Fitoterapiya" adlı monoqrafiyası isə giləmeyvələrdən hazırlanan kosmetik vasitələrdən, cavanlaşmanın yeni metod və üsullarından, aromaterapiya və rəng terapiyası ilə bağlı elmi anlayışlardan bəhs edir.Seyidbəyli M. H, Quliyev B. N. Namazova S. N. Azərbaycan tibb tarixinin qaynaqları və tarixşünaslığı. Bakı, 2019, 298 səh.
Kosmetik vasitələr
Boyalar Basma. Saçı boyamaq üçün istifadə olunur, tünd göy və ya yaşıl rəngdə olur. Basma xına ilə qarışdırılaraq istifadə edilir, müxtəlif rəng çalarlarını əldə etmək üçün xına və basmanın qarışıqdakı miqdarı dəyişdirilir. Bu kosmetik vasitədən daha çox yaşlı qadınlar istifadə edir. Müasir dövrdə basma qədim saç boyası kimi unudulmaqdadır. Ənlik və Kirşan. Bu kosmetik vasitələr qadının üz-gözünə, dodaqlarına və yanağına sürtülən təbii boyalardır. Ot, bitki yağı və boya tozundan hazırlanan bu ətirli maddələr Azərbaycanda xalq arasında "allıq/ağlıq" da adlandılır. Qalaydan hazırlanmış kirşan isə "qəleyi-kirşan" adlanır. Xına. Saç-saqqal, əl-ayaq və barmaqları boyamaq üçün istifadə edilir. Xınalanmış gəlinin yorğan-döşəyi və paltarları bulanmasın deyə ona xınalıq donu verilir. Xına azərbaycanlılarda xoşbəxtlik və gəlinlik rəmzi sayılır. Xına yaxılması adətinin Fatimeyi-Zəhradan qaldığı düşünülür. Xınaya saçların yaxşı boyanması üçün yetişməmiş cəvizin əzilmiş yaşıl qabığı, qənd və neft, saçların parlaqlığı üçün isə bir neçə damcı limon suyu əlavə edilir. Xına revmatizm, ayaq ağrıları və qoxusuna qarşı da istifadə edilir. Rasıx. Naxçıvanda Xınayaxdı mərasimində mazı adlandırılan bitkidən düzəldilən qatı mayedir. Bu boyanı balaca qablara töküb xüsusi çöplərlə gəlinin qaşlarına sürtürlər. Quruduqdan sonra qaşlar yuyulur və rəng 10 günə qədər qaşda qalır.Nuruzade, S. (2018). HALKIN MILLI MANEVI DEGERI OLARAK AZERBAYCANLILARIN GELENEKSEL DÜĞÜN TÖRENI. Kültür Evreni, 35-ci sayı. Sürmə. Sürmə qaşa, kirpiklərə və kirpiklərin ət hissəsinə çəkilən qara rəngli maddədir. Sürməni əsasən qadınlar çəkirdi. Azərbaycanda bu kosmetik vasitə başlıca olaraq Gəncə bölgəsində təbii yolla düzəldilirdi. Sürmənin saxlandığı qab sürmədan, gözə çəkilməsi üçün istifadə edilən alət isə milçəm adlanırdı. Parçadan hazırlanmış sürmədanlar məxmər və tirmədən kiçik kisə şəklində olur, üzəri məliləduz, nəqədəduz, mirvari kimi tikmələrlə, gümüşü və qızılı sapla bəzədilirdi. Azərbaycan Tarix Muzeyində XIX əsrə aid sürmədan saxlanılır. Vəsmə. Qaşa çəkilən qara boyadır. Nil bitkisinin yarpaqları vəsməcuşda isladılır və ya qaynadılır. Xalq arasında bu boya "Qara xına" və ya "Məcnun xına" adlanır. Nil yarpağı tapılmayanda isə qara daş üyüdülüb vəsmə kimi istifadə edilirdi. Vəsmə Saib Təbrizi, Məhəmməd Füzuli və Molla Pənah Vaqifin şeirlərində qeyd edilir.
Dəri qulluğu vasitələri Naftalan nefti. Bu gözəllik vasitəsi dəri xəstəliklərinin müalicəsində istifadə olunur. Onun tərkibindəki aşağı molekul kütləsinə malik aromatik karbohidrogenlər xarici istifadə (dərinin yağlanması) üçün məsləhət görünür.Composition and Properties of the Unique Oil from Azerbaijan's Naftalan Oilfield. Adigozalova, V. A.; Hashimova, U. F.; Polyakova, L. P. Russian Journal of General Chemistry. 2019 Naftalan nefti dəridəki ağrıları və tarımlılığı azaldır, onun yumşalmasına və təzələnməsinə səbəb olur.
Ətirlər Gülab. Saça vurulan ətirdir, qızılgüldən xüsusi üsullarla alınır. Şəhər yerlərində yeməkdən sonra əlləri yumaq üçün gülablı su ayrıca bir kasada qoyulurdu. Ənbər. Saça vurulan ətirdir. Azərbaycanda tarixən güllərdən hazırlanırdı. İndi isə daha çox dindarlar tərəfindən istifadə edilir. Bundan başqa Məhəmməd Yusif Şirvani və Həsən İbn Rza Şirvani öz əsərlərində ənbərin müalicəvi əhəmiyyətini qeyd etmişdilər. Azərbaycan xalq təbabətində ənbər sümük revmatizmi, süstlük, öskürək və ürəkbulanmasının qarşısını almaq üçün istifadə edilir. Müşk. Ətir kimi istifadə olunan qırmızı qonur maddədir. Həmçinin müalicəvi əhəmiyyətə malikdir.Fərid Ələkbərli. Azərbaycan fenomeni: tarix və müasirlik. Bakı, "Nurlan", 2008, 164 °C.
Mərasimlər Novruz bayramında keçirilən yumurta döyüşdürmə festivalı (Qızıl Yumurta bayramı) şərəfinə bütün insanlar əllərini, saçlarını və saqqallarını, qızlar isə ayaqlarının altını xına ilə boyayırlar və bayram paltarlarını geyinirlər. Məqsəd icmanın din xadiminin, sonra isə digər ailələrin evini ziyarət etməkdir.I. Lassy, The Muharram Mysteries among the Azerbaijan Turks of Caucasia, Helsingfors, 1916. page 221.
Yaz fəslinin qızılgül çağında gülab bayramı qeyd edilirdi. Bu vaxt insanlar şadyanalıq edir, bir-birlərin göz aydınlığı verir, alın və yanaqlarına gülab sürtür, ətiri paylayırdılar. İnsanlar kiçik ətir qablarında bir-birinə gülab hədiyyə edir, ayin və oxuma oyunları ilə şənlənirdilər.
Bundan başqa Naxçıvanın Culfa rayonunun kəndlərində yağışı çağırmaq məqsədilə keçirilən mərasimdə 14–15 yaşlı qız uşağının tanınmaması üçün üzü boyanır və o, Çömçəxatun adlandırılaraq bütün kənddə gəzdirilir. "Kos-Kosa" oyununda isə Kosa tanınmamaq üçün üzünü boyayır.Arık, Türkan . "AZERBAYCAN TÜRK KÜLTÜRÜNDE İLKBAHAR BAYRAMI". Türk Kültürü ve Hacı Bektaş Veli Araştırma Dergisi / 89 (Mart 2019): 169–186 .
Xına ilə bağlı mərasimlər
Xına toydan əvvəl keçirilən xınayaxdı mərasimi üçün bəy evindən eyniadlı tabaqda gətirilir. Xına gecəsində boyanı yaxan qadına (bəyin bacısı, xalası, bibisi və s.) pul verilir və bu pullar gecənin sonunda onun olur. Qız evinin oğlan evinin gətirdiyi xınanın qarşılığı olaraq eyni boyanı göndərməsi adəti vardır. Oğlan və dostları xınanı kiçik barmaqlarına sürtərlər. Qız isə oğlanın və özünün baş hərflərini xına vasitəsilə barmağına yazar.Mehmedova, M. (2017). AZERBAYCAN VE ANADOLU KINA GECESİ . Motif Akademi Halkbilimi Dergisi, 10 (19), 149–159 . Retrieved from https://dergipark.org.tr/tr/pub/mahder/issue/34094/377243
Xına ilə əl-ayaq naxışlamanın bir neçə növü var: sıvama, üskük (və ya biçək), fındıqça, pişik pəncəsi, dilbər duvağı, balıqlı və quşgözü. Ənənəvi olaraq Azərbaycanda xına günəş şəklində gəlinin əlinə çəkilir, gənc qızlar isə barmaqlarını xınaya basırlar. Günəş şəklində xınanın çəkilməsi günəş kultu ilə, həm də pis ruhların qovulması ilə əlaqələndirilir. XX əsrin 90-cı illərindən etibarən xınanın gül şəklində çəkilməsinə rast gəlinir.
Bundan başqa xına yaxını ölən qoca kişilərin saçlarına yaxılır. Naxçıvanın adətinə görə, qadın 4 ay 10 gün ölmüş ərinin yasını saxlayandan sonra qohum-əqrəba gəlib onun başına xına qoyardı. Azərbaycanda Novruz bayramında bəzənmək üçün də bu boya işlədilir. Həmçinin qurbanlıq heyvanın da belinə xına çəkilir.
Azərbaycanın bir çox bölgəsində ölümü düşünən qocalara xına yaxılmasının və Naxçıvanda əsgərə gedənlərin əllərinə xına yaxılmasının təsəvvüf baxımından mahiyyəti Allahın hüzuruna xınalı gedilməsidir.
Qeyri-maddi mədəni irs qeydiyyatı
Bu cədvəldə Azərbaycanda tarixən mövcud olmuş kosmetik vasitələrinin və bununla bağlı peşələrin ölkə səviyyəsində qeyri-maddi mədəni irs nümunəsi kimi qeydiyyat nömrəsi verilmişdir. Siyahıya həmçinin kosmetik vasitələr üçün istifadə olunan ləvazimatlar və bu vasitələrlə bağlı mərasimlər qeyd edilmişdir. №Mədəni irs adıLəvazimat adıMərasim adı Qeydiyyat nömrəsiPeşələr—1Əttar/ƏtirçiDA01040000712Məşşatə/BəzəkçiDA0104000061Kosmetik vasitələrSD02000000011Basma SD02000000082Ənlik SD02000000023Kirşan SD02000000034XınaXınabənd, zirpayı bayramlar toy xınayaxdı yas mərasimi sonrasıqeydiyyata alınmamışdır5RasıxXınayaxdı6Rüşül 7SürməSürmədan, sürmə mili (milçəm) SD02000000068VəsməVəsməçuş SD02000000079Naftalan neftiqeydiyyata alınmamışdır10ƏnbərƏtir qabı SD020000000411GülabGülab bayramıqeydiyyata alınmamışdır12Müşk SD0200000005
Mədəniyyətdə
Bədii ədəbiyyatda 200px|thumb|right|Mikayıl Abdullayev — Füzulinin "Leyli və Məcnun" poemasına illüstrasiya İmadəddin Nəsimi öz şeirlərində Quranda İsa peyğəmbərin hekayəsinin külək və ətirlə əlaqələndirilməsi, zülfün ətrinin ölülərin bədəninə həyat bəxş etməsi motivini istifadə edilmişdir. Burada səba (külək) Allah və insan, sevgili və aşiq arasında elçini təmsil edir. Həbibi isə zülfün ətrini İbrahimin arvadı Saranın ətrinə bənzədir.
Məhəmməd Füzulinin "Leyli və Məcnun" məsnəvisində şairin təxəyyülünə görə, sevgilinin yoluna gül suyu tökülər və ya eşq dərdi ilə xəstələnən bir kəsi sağaltmaq üçün gül suyundan istifadə edilərdi.Turan, S., Akgül, A. & Çetin, K. (2013). FUZÛLÎ’NİN LEYLÂ VÜ MECNÛN MESNEVİSİNDE GÜL VE GÜL BAHÇESİ . Süleyman Demirel Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi, GÜL ÖZEL SAYISI, 75–94 . Retrieved from https://dergipark.org.tr/tr/pub/sbe/issue/23167/247447 Digər bir beytində isə boyaq rəngotundan hazırlanmış nilin xal şəklində qadınların üzlərinə çəkildiyi, Leylinin isə yas saxladığı üçün bunu etmədiyi qeyd edilir.