Qriqor Artsruni (; ) — erməni liberal-burjua publisisti, "Mşak" qəzetinin naşiri və redaktoru. O, Andrey Artsruninin qardaşı olmuşdur.

Həyatı Qriqor Artsruni 27 fevral 1845-ci ildə Rusiya imperiyasının Moskva şəhərində anadan olmuşdur. O, latın, alman, fransız, rus və erməni dillərini öyrənmişdir. Artsruni 1863-cü ildə Birinci Tiflis Kişi Gimnaziyasında kurs bitirmiş, sonra Moskva və Sankt-Peterburq Universitetlərində təhsil almışdır. O, ardınca Heydelberq Universitetinə daxil olmuş, burada siyasi və iqtisadi elmlər üzrə təhsil almışdır. Artsruni 1869-cu ildə elmlər namizədi alimlik dərəcəsi aldıqdan sonra Tiflis şəhərinə qayıtmışdır. Qriqor Artsruni ədəbi fəaliyyətinə "Meğu hayastani" ("Ermənistan arısı") və "Haykakan aşxar" ("Erməni dünyası") qəzetlərində başlamış, sonra 1872-ci ildə "Mşak" ("Əməkçi") qəzetini təsis etmişdir. Qəzetin ilk əməkdaşlarından biri yazıçı Perç Proşyan olmuşdur. Buna baxmayaraq, o, Artsruni ilə fikir ayrılığına görə tezliklə istefa vermişdir.

Qriqor Artsruni 31 dekabr 1892-ci ildə Tiflis şəhərində vəfat etmişdir.

Mənbə İstinadlar

Ədəbiyyat Калашьян В. А., «Общественные взгляды Григора Арцруни», «Учёные записки Ереванского государственного русского педагогического института имени А. А. Жданова», 1949, том I.

Kateqoriya:Ermənistan redaktorları Kateqoriya:Ermənistan publisistləri Kateqoriya:Fəlsəfə doktorları Kateqoriya:Ermənistan jurnalistləri