Pavzi və ya Pavsi (; ) — Qədim Yunanıstan rəssamı. O, əslən Sikiondandır. Pavzi Apellesin müasiri, Pamfilin tələbəsi olmuşdur.«Краткий словарь мифологии и древностей». М. Корш. Санкт-Петербург, издание А. С. Суворина, 1894.

Pavzi əsasən uşaq və heyvan fiqurlarını, eləcə də çiçəkləri çəkmişdir. O, tarixdə tavanları arabesk, çiçəklər və fərdi fiqurlarla rəngləyən ilk şəxs olmuşdur. Rəvayətə görə, Pavzi mum üzərində rəsm çəkməyi mükəmməlləşdirmişdir. Mənbələrdə göstərilmişdir ki, o, istənilən əsəri cəmi 24 saat ərzində tamamlamaq bacarığı ilə fəxr edirdi.

Onun ən məşhur əsəri "Buğa qurbanı" adlanır və oğlu Aristolaos tərəfindən tamamlanmışdır. Romada yerləşən Pompey teatrında Pavzinin bu rəsminin təsviri var idi. Onun divar rəsmlərindən bəziləri coğrafiyaşünas Pavsani tərəfindən "Hellas təsvirləri"ndə xatırlanır.

Mənbə İstinadlar

Ədəbiyyat

Kateqoriya:Qədim Yunanıstan rəssamları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri