"CBS Corporation" və ya "Columbia Broadcasting System Corporation" — ABŞ media holdinq şirkəti. Şirkət televiziya, radio yayımı, nəşriyyat və reklam biznesini özündə birləşdirir.

"CBS Corporation"ın məhsulları əsasən ABŞ bazarına yönəlmişdir. Şirkətin prezidenti və baş direktoru Lezli Munvesdir. "CBS"nin əsas səhmdarı "National Amusements" şirkətinin sahibi, şirkətin direktorlar şurasının sədri Samner Redstoundur. Şirkət indiki adını 31 dekabr 2005-ci ildə almışdır. Şirkətin keçmiş adı "Viacom"dur.

Yenidən təşkili zamanı "Viacom" adını saxlamış, lakin keçmiş şirkətin əsas aktivlərinə nəzarəti itirən "CBS"dən ayrılmışdır. "CBS"in əsas ofisi Nyu-York şəhərindədir."Contact Info ." CBS Corporation. Retrieved on November 3, 2009.

İstinadlar

Xarici keçidlər Official website (archived, 1 Dec 2018)

Kateqoriya:Nyu-York şəhərində yerləşən əyləncə şirkətləri Kateqoriya:Nyu-York media şirkətləri Kateqoriya:2005-ci ildə yarananlar Kateqoriya:Ləğv olunmuş media şirkətləri Kateqoriya:Kütləvi informasiya vasitələri Kateqoriya:Nyu-York Fond Birjasında siyahıya alınmış şirkətlər