Hans Onrud (; ) — Norveç nasiri, dramaturqu, teatrşünas və ədəbiyyatşünası.

Həyatı Hans Onrud 3 sentyabr 1863-cü ildə Norveçdə, kəndli ailəsində anadan olmuşdur. O, məktəbi bitirdikdən sonra hüquq fakültəsini oxumağa qərar vermiş, lakin universitetdə filologiya ilə maraqlanmışdır. Onrud 1890-cı ildən bir neçə qəzetdə ədəbiyyat və teatr tənqidçisi kimi işləmişdir. O, müəllim kimi də çalışmışdır. Onrud 1899–1900-cü illərdə Bergendə yerləşən "Den Nationale Scene"nin direktoru olmuşdur. Bergendə gələcək həyat yoldaşı Vilhelmina Skoldager ilə tanış olan Onrudun iki qızı olmuşdur. Onlar 1929-cu ilə qədər "Byrud" fermasında yaşayıblar.Григорьева Л. Г. Онруд, Ханс Arxiv surəti 4 mart 2016 tarixindən Wayback Machine saytında // Краткая литературная энциклопедия. — Т. 5. — М., 1968.

Onrud 1953-cü ildə, 89 yaşında vəfat etmişdir.

İstinadlar

Əlavə ədəbiyyat

Аанруд // Литературная энциклопедия : в 11 т. : т. 1 / Отв. ред. Фриче В. М. ; Отв. секретарь Бескин О. М. — М. : Изд-во Ком. Акад., 1930. — 768 стб. : ил.

Kateqoriya:Norveç yazıçıları Kateqoriya:XIX əsr yazıçıları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Norveç dramaturqları Kateqoriya:XIX əsr dramaturqları Kateqoriya:XX əsr dramaturqları