Aya və ya A-a (šè-ri5-da, dšè-NIR-da) — Akkad mifologiyasında işıq ilahəsi, günəş ilahı Şamaşın həyat yoldaşı. Akkadlıların Mesopotamiyaya köçü zamanı Aya Şumer günəş ilahəsi Şerida ilə eyniləşmişdir. Aya sami xalqları arasında tanınmış bir personaj idi. Onun adı Uqarit ilahları siyahısındadır, həmçinin Bibliyada şəxsi adlar və şəhər adları kimi istifadə olunurdu. Ayanın əsas ibadət şəhərləri Sippar və Larsa idi.

İstinadlar

Əlavə ədəbiyyat

Kateqoriya:Şumer mifologiyası Kateqoriya:Akkad mifologiyası Kateqoriya:Günəş tanrıları Kateqoriya:Mesopotamiya ilahələri