Mayaquana () — Baham adalarında ada və rayon. Baham adalarının şərq hissəsində yerləşir. Toponimi aravak mənşəli olan iki adadan biridir.
Tarixi Mayaquana adasının 1812-ci ilə qədər əhalisi yox idi. Bu dövrdə Törks və Kaykos adalarının sakinləri tədricən adaya köçmüşdür.
Braziliya tarixçisi Antonio Varnhagen 1824-cü ildə Mayaquananın Quanahani olduğunu, Kristofer Kolumbun Amerikanı kəşf etdiyi zaman tapdığı ilk ada olduğunu irəli sürmüşdür. Onun nəzəriyyəsi sadəcə kiçik miqyasda dəstəklənmişdir.
Əhali 2010-cu ilin məlumatına görə, Mayaquananın əhalisi 277 nəfərdir. Əhalinin balıqçılıqla və meşəlik ərazinin münbit torpaqlarını becərməklə məşğul olur.
İnzibati bölgü Mayaquana Baham adalarının 32 rayonundan biridir. Rayonun inzibati mərkəzi Eybrahams-Bey qəsəbəsidir. Rayonun sahəsi 285 km2, əhalisi 271 nəfərdir.
İstinadlar
Əlavə ədəbiyyat
Kateqoriya:Baham adalarının adaları Kateqoriya:Karib dənizi adaları