Kastavey-Ki () — Baham adalarında özəl ada.Castaway Cay — Disney’s Private Island на сайте dreamsunlimitedtravel.com Adanın keçmiş adı Qorda-Ki olmuşdur. на сайте cruisecheap.com Ada şimaldan cənuba uzanır, maksimum eni , sahəsi təqribən 4 km2 qədərdir.Деуэйн Бевил. Disney Cruise Line to expand fleet, Castaway Cay island features на сайте latimes.com, 31 августа 2009 Adanın ən yüksək nöqtəsi dəniz səviyyəsindən hündürlükdədir. Okean gəmiləri üçün liman olan dünyada yeganə özəl adadır. Adada təyinatı üzrə istifadə olunmayan, ancaq "böyüklər üçün" limandan çimərliyə gedən yol kimi xidmət hava limanı var.Airport Records: Castaway Cay Airport на сайте aerobaticsweb.org Velosiped və piyada yolları şəbəkəsi salınmışdır, turistlər dörd dayanacaqdan ibarət avtobus xətti ilə ada ətrafında hərəkət edə bilər.
Tarixi Ada haqqında ilk qeydlər XVIII əsrin əvvəllərinə təsadüf edir. Ada o dövrün dəniz ticarət yollarının şimalında yerləşir. Tarixçilər güman edirlər ki, ada bu səbəbdən dəniz quldurları tərəfindən ziyarət edilmişdir. 1950-ci illərdə Nassaudan olan iki xəzinə ovçusu bunu sübut etmək qərarına gəlmiş və adaya getmişdir. Onlar dayazlıqda üç köhnə sikkə və təxminən 33 kiloqram ağırlığında gümüş külçə tapmışdılar. Alimlər güman edirlər ki, bu, 1733-cü ildə yaxınlıqda qəzaya uğrayan "San-Pedro" gəmisinin daşıdığı xəzinənin bir hissəsidir.
XX əsrdə Baham adaları hökumətindən torpaq icarəyə götürən fermerlər adada mövsümi olaraq yaşayırdılar və adanın cənub sahilində kiçik bir qəsəbə qurmuşdular. Adanın torpağının münbit və demək olar ki, daşsız olması, respublikanın əksər adaları kimi uzun və ensiz olmaması, nisbətən düzbucaqlı olması fermerləri buraya cəlb edirdi.
1997-ci ildə ada 99 il müddətinə "The Walt Disney Company" şirkətinə icarəyə verilmişdir.
İstinadlar
Xarici keçidlər Disney Castaway Cay на сайте disneycruise.disney.go.com Disney’s Castaway Cay на сайте wishuponastarwithus.com
Kateqoriya:Abako adaları Kateqoriya:The Walt Disney Company Kateqoriya:Karib dənizi adaları