Penelope Meri Mordont (; ) — Böyük Britaniyanın siyasi və dövlət xadimi. 15 sentyabr 2021-ci ildən Böyük Britaniyanın ticarət siyasəti üzrə dövlət naziri. Əvvəlllər Böyük Britaniyanın ilk qadın müdafiə naziri olub (1 may — 24 iyul 2019-cu il).
Həyatı Penni Mordont 4 mart 1973-cü ildə Devon krallığının Torki şəhərində anadan olub.. O bildirir ki, o atası desantçı olduğuna görə ona Arethusa HMS sinifli Penelope adlı kreyserin adı verilib . Atası Con Mordont, Hilsi kazarmalarında anadan olub, desant polkunda qulluq edib, sonra müəllim ixtisasına keçib, sonda isə Hempşir şurasında gənclər üzrə işçi kimi çalışıb. Anası Cennifer ( qızlıq soyadı Snouden), Purbrukun bir neçə məktəbində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəllim kimi çalışıb. Ana xətti ilə o ilk leyborist xəzinədarlıq kansleri Filip Snoudenin qohunudur, aktrisa Anjela Lensberi onun nənəsinin əmisi qızıdır, beləlikə o leyboristlərin keçmiş lideri Cor Lensberinin uşaq qohumudur.ProFayl: Penny Mordaunt, a risqué but not revolting potential Tory leadership contender Conservative Home, March 17 2016. Retrieved 13 July 2022. Prnninin iki qardaşı var : ekiz qardaşı Ceyms və kiçik qardaşı Edvard. Mordont Vaterluvil, Hemşirdə yerləşən Oklend Roma-katolik ümumtəhsil məktəbibdə təhsil alıb və Viktorilend teatr məktəbində dram incəsənətini öyrənib.
Mordontun 15 yaşı olanda anası xərçəng xəstəliyindən dünyasını dəyişir. Ekiz qardaşı məktəbi atdığından o kiçik qardaşı Edvard üçün əsas hamiyə çevrilir. O biri il onun atasınında da xərçəng xəstəliyi aşkar edilir, ancaq o müalicə ilə sağala bilir. Təhsil haqqını ödəmək üçün o Johnson & Johnson fabrikində çalışır, Portsmut magiya cəmiyyətinin keçmiş prezidenti fokusçu Uill Eylinqin köməkçisi işləyir.
Penni Mordont siyasətə marağını Rumıniyada xəstəxana və uşaq evlərində çalışdığı zaman təcrübəsi ilə izah edir. 1989-cu ildə Rumıniya inqilab baş verir və totalitar rejimə son qoyulur.
O Redinq Universitetində fəlsəfəni əyrənir və 1995-ci ildə oranı ikinci dərəcəli fərqlənmə ilə bitirir. O ailələrində universitet bitirən birinci şəxs olur. O tələbə hərəkatında fə\al iştirak edir və universitetin tələbə həmkarlar ittifaqının sədri olur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Birləşmiş Krallığın qadın siyasətçiləri Kateqoriya:Birləşmiş Krallığın müdafiə nazirləri Kateqoriya:Birləşmiş Krallıq Mühafizəkarlar Partiyası siyasətçiləri Kateqoriya:Britaniya zabitləri