thumb|right|Xınalıq dilindən nümunə. Təqribi tərcüməsi: "Salam, mənim adım Gülnarədir. 43 yaşım var. Quba rayonunun Xınalıq kəndində yaşayıram. Xınalıq dilində danışıram".
Xınalıq dili () — Xınalıqlıların danışdığı dil.
Rəvayətlərə görə xınalıqlılar Nuh peyğəmbərin danışdığı dildə danışırlar. Xınalıqlılar özləri də bunu inkar etmir.
Tarixi Əslində Xınalıq dili haqqında olan dastan və ya miflər bizə heç də yanlış informasiya vermir. Bir neçə alim-dilşünas Xınalıq dilinin tədqiqi ilə məşğul olmuşdur. Xınalıq dili haqqında bir neçə elmi kitab nəşr olunub. Xınalıq dilinin hansı dil qrupuna aid edilməsi barəsində illər boyu mübahisələr gedib. Xınalıq dilinin ən təqdirəlayiq tədqiqatçısı Yunus Deşeriyev sayılır.
O 1950-54 illərinin yay aylarında Xınalıqda böyük tədqiqatlar keçirib və 1959-cu ildə "Xınalıq dilinin qrammatikası" kitabını dərc edib. Yunus Deşeriyevin yazdığına görə eramızdan əvvəl 3-cü minillikdə Qafqazda tək qədim dil mövcud idi.
Sonradan dillər bölünməyə başlandı, amma xınalıq dili günümüzə qədər dəyişməz olaraq qaldı.
Xınalıq dili mürəkkəb morfoloji struktura malikdir.
1972-ci ildə "Xınalıq dilinin qrammatikasının fraqmentləri" kitabı nəşr olunmuşdurSamir Abbasov. Milli azlıqların və etnik qrupların dil və mədəniyyətlərinə həsr olunmuş Beynəlxalq konfransın yekunları. 7 iyul 2008. mct.gov.az .
Əlifba 2007-ci ildə Xınalıq kəndində Lomonosov adına Moskva Dövlət Universitetinin dilçilərindən və Xınalıq orta məktəbinin müəllimlərindən ibarət xınalıq dili əlifba komissiyasının iclasında Xınalıq dilinin latın qrafikası əsasında əlifbası qəbul edilmişdir:
A aB bC cCc ccC' c'Ç çÇç ççÇ' ç'Ə əF fG gGh ghĞ ğH hHh hhİ iI ıJ jK kKk kkK' k'Kh khKx kxL lM mN nO oÖ öP pPp ppP' p'Q qQq qqQ' q'R rS sŞ şT tTt ttT' t'U uÜ üV vX xY yZ zZ̧ z̧ʕ
Bu əlifbada bir çox nəşrlər dərc olundu, amma bütün ictimaiyyət onu müsbət qəbul etmədi, birinci növbədə onda çox sayda diqraflar olduğuna görə. 2013-cü ildə Xınalıq kənd sakini Elnur Məmmədov tərəfindən tərtib olunmuş Unicode sisteminə əsaslanan müasir Xınalıq Latın əlifbası kənd ictimaiyyəti və yerli ziyalılar tərəfindən müzakirə olunaraq qəbul olundu. Hazırda həmin əlifba yerli xalqın istifadəsindədir.: A aB bC cÇ çĈ ĉĊ ċD dE eƏ əF fG gĞ ğĜ ĝH hĤ ĥḢ ḣX xX̂ x̂I ıİ iJ jK kK̂ k̂K̇ k̇Q qQ̂ q̂Q̇ q̇L lM mN nO oÖ öP pP̂ p̂Ṗ ṗR rS sŜ ŝŞ şT tT̂ t̂Ṫ ṫU uÜ üV vY yZ zẐ ẑŻ ż
Leksikası Xınalıq dili Azərbaycan dilinin güclü təsirinə məruz qalıb. Leksik azərbaycanizmlər demək olar ki, bütün leksik-tematik qruplara nüfuz edir. Azərbaycan dili vasitəsilə ərəb-fars leksik vahidləri (dars "dərs", duşman "düşmən", mahisul "məhsul", "camuş" camış " və s.), Həmçinin rus dilindən əsasən sovet dövrünə aid olan alınma sözlər də daxil olmuşdur.
Xarici keçidlər Xınalıq dili, Mədəniyyəti və Turizmi Müasir Xınalıq əlifbası Xınalıq dili Ethnologue: Languages of the World: Khinalugh
İstinadlar
Həmçinin bax Xınalıq Xınalıq əlifbası
Kateqoriya:Azərbaycan dilləri