Nazim Fikrət oğlu Hüseynov — Azərbaycanfilm kinostudiyasının sabiq direktoru.

Haqqında Nazim Fikrət oğlu Hüseynov Bakıda anadan olub. M. Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Neft-mədən fakültəsində (1990), Rusiya Federasiyası Prezidenti yanında Təsərrüfat və Dövlət Qulluğu Akademiyasının Dövlət və bələdiyyə idarəçiliyi ixtisasında (2018) təhsil alıb. "215 KL" Müstəqil televiziya şirkətində maliyyə direktoru (1992–1997, 1999–2010), Space Teleradio Şirkətində reklam və kommersiya departamentinin direktoru (1997–1999), "Salnamə" Sənədli Filmlər studiyasının direktor müavini olaraq çalışıb. "Azərbaycanfilm" kinostudiyasında direktor vəzifəsini icra edib (2020). II Bakı Beynəlxalq İdman Filmləri Festivalının, III, IV, V Bakı Beynəlxalq Turizm Filmləri Festivalının icraçı direktoru olub. 2013-cü ildən "Salnaməfilm" studiyasının, 2022-ci ildən "Azərbaycanfilm" kinostudiyasının direktorudur. Bir neçə bədii, 60-dan çox sənədli filmin prodüseridir.

Filmoqrafiya Azərbaycan xalçası (1997, qısametrajlı sənədli film) – direktor Yeddi oğul istərəm, bircə dənə qız gəlin (2002, qısametrajlı sənədli film) – direktor Onun ürəyi (2010, qısametrajlı bədii film) – icraçı prodüser Hüseyn xan Naxçıvanski. Qayıdış (2014, qısametrajlı sənədli film) – prodüser Qafqazdan Appeninə (2014, qısametrajlı sənədli film) – prodüser Qalib (2014, qısametrajlı sənədli film) – prodüser Mən Bakını sevirəm (2014, qısametrajlı sənədli film) – prodüser Mən evə qayıdıram (2014, tammetrajlı bədii film) – icraçı prodüser Uçmaq istəyirəm (2014, qısametrajlı sənədli film) – prodüser Vətən qeyrəti (2014, qısametrajlı sənədli film) – prodüser Naftalan cövhəri (2015, qısametrajlı sənədli film) – prodüser Polkovnik (2015, qısametrajlı sənədli film) – prodüser Sübhdən başlanan həyat (2015, qısametrajlı sənədli film) – prodüser Yüksəliş (2015, tammetrajlı sənədli film) – prodüser Bakı Avropa Oyunları 2015 (2016, tammetrajlı sənədli film) – prodüser Bakı əsrlərin aynasında (2016, tammetrajlı sənədli film) – baş prodüser Cırtdan və sehrli xalat (2016, animasiya filmi) – prodüser Daşın yaddaşı (2016, qısametrajlı sənədli film) – prodüser Hapıtlar (2016, qısametrajlı sənədli film) – prodüser Qırmızı bağ (2016, tammetrajlı bədii film) – icraçı prodüser Aprel yüksəkliyi (2018, qısametrajlı sənədli film) – prodüser Cümhuriyyət tələbələri (2018, qısametrajlı sənədli film) – prodüser İki əsgər (2018, qısametrajlı sənədli film) – prodüser Qəhrəmanlıq zirvəsi (2018, qısametrajlı sənədli film) – prodüser Memar (III) (2018, qısametrajlı sənədli film) – prodüser Məni yada salarkən… (2018, qısametrajlı sənədli film) – prodüser 36 bahar (2019, qısametrajlı sənədli film) – prodüser 777 (2019, qısametrajlı sənədli film) – prodüser Bir elin Şahları (2019, qısametrajlı sənədli film) — prodüser Cırtdan və sehrli xalat. 2-ci hissə (2019, animasiya filmi) – prodüser Əbədiyyətə uçuş (2019, qısametrajlı sənədli film) – prodüser Göylərə bağlı Səfa… (2019, qısametrajlı sənədli film) – prodüser Komandir (2019, qısametrajlı sənədli film) — prodüser Qartal yuvası (2019, qısametrajlı sənədli film) – prodüser Mən gəncəliyəm (2019, qısametrajlı sənədli film) – prodüser Saxurlar (II) (2019, qısametrajlı sənədli film) – prodüser Silahdaşlar (2019, tammetrajlı sənədli film) – prodüser Avarlar (III) (2020, qısametrajlı sənədli film) – prodüser Hər şey yaxşı olacaq (2020, qısametrajlı sənədli film) – prodüser Ləzgilər (2020, qısametrajlı sənədli film) – prodüser Malakanlar (II) (2020, qısametrajlı sənədli film) – prodüser Rutullar: Yol qeydləri (2020, qısametrajlı sənədli film) – prodüser Sonuncu (III) (2020, qısametrajlı sənədli film) – prodüser Vətənin sipəri, mərdin təpəri (2020, qısametrajlı sənədli film) – prodüser Bizim komandir (2021, qısametrajlı sənədli film) – prodüser Oğlumun gündəliyi (2021, qısametrajlı sənədli film) – prodüser

Kateqoriya:"Azərbaycanfilm" kinostudiyasının direktorları