Dağ Yəhudiləri Muzeyi — 2020-ci ildə Qubada açılmış, dağ yəhudilərinə həsr edilmiş, XIX əsrə aid Karcoq sinaqoqunda yerləşən muzey. Dağ yəhudilərinə həsr edilmiş dünyada ilk və yeganə muzeydir.
Binanın tarixi Muzey Qırmızı qəsəbədə yerləşən XIX əsrə aid Karcoq sinqoqunda yerləşir. Sovet işğalından sonra sinqoq öz fəaliyyətini dayandırıb. Burada bir müddət kənd təsərrüfatı məhsullarının anbarı yerləşib. Sovet İttifaqı dağıldıqdan sonra isə sinaqoq boş qalıb. İllərlə boş qalan sinaqoq qəzalı vəziyyətə düşüb. Sonradan burada əsaslı bərpa işləri aparılıb. Bina 5 metrdən yüksək olan otaq hündürlüyündə və kvadrat formasındadır. Burada daha çox eksponatı sərgiləmək üçün binanın içərisinə ikinci yarus əlavə edilib. Binanın zirzəmisində isə konfrans zalı, kitabxana və ehtiyat eksponatlar üçün otaq düzəldilib.
Muzeyin yaradılması Dağ Yəhudiləri Muzeyinin yaradılması fikri 2017-ci ildə meydana gəlib. Muzeyin inzibati binası üçün uzun illər atılmış vəziyyətdə qalmış Karcoq sinaqoqu seçilib. Sinaqoq əvvəlki eskizlər əsasında bərpa edilib. Muzeyin yaradılmasına rusiyalı biznesmenlər Qod Nisanov, Zarah İliyev, German Zaxaryayev dəstək olublar. Bundan başqa muzeyin eksponatlarla təmin edilməsi vəzifəsini "STMEQİ" fondu öz üzərinə götürüb. Bu fond dünya dağ yəhudilərini birləşdirən ən böyük təşkilatdır. Muzeyin hazırlanma mərhələsində fond diaspor və icmalara müraciət edərək onları qədim əşyaların tapılmasına çağırıb.
Ekspozisiya Muzeyin ekspozisiyasında dağ yəhudilərinin adət ənənələrini, ümumi tarixlərini, ənənəvi məşğuliyyətlərini, Qırmızı Qəsəbədəki tarixlərini göstərən eksponatlar yer alıb. Burada bütün illər ərzində Qafqazda fəaliyyət göstərmiş ravvinlərin adı göstərilən guşə və eləcə də Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunova həsr edilmiş guşə də var. Albert Aqarunova həsr edilmiş guşədə onun medalı da qorunur.
Şəkilləri
İstinadlar
Xarici keçidlər Discover the centuries-old culture of Mountain Jews in Azerbaijan / Azərbaycanda dağ yəhudilərinin çoxəsrlik mədəniyyətini kəşf edin / Euronews Muzeyin ekspozisiyasında yer alan və yəhudilərin tütünçülüklə məşğul olmasını göstərən video Muzeyin ekspozisiyasında yer alan və yəhudilərin üzümçülüklə məşğul olmasını göstərən video Muzeyin ekspozisiyasında yer alan və yəhudilərin marenaçılıqla məşğul olmasını göstərən video מוזיאון חדש באזרבייג'ן מנציח את מסורות "היהודים ההרריים" Kateqoriya:Quba rayonundakı muzeylər Kateqoriya:Azərbaycandakı etnoqrafiya muzeyləri Kateqoriya:2020-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:2020-ci ildə yaradılmış muzeylər Kateqoriya:Yəhudi muzeyləri Muzey Kateqoriya:Azərbaycan sinaqoqları Kateqoriya:Qubadakı binalar və tikililər