Qara Pişiklər () və ya Vəhşi Pişik () — Krallıq donanmasına məxsus helikopter nümayiş komandasıdır. Şou üçün 2 ədəd Westland Lynx helikopteri istifadə olunurdu. Daha sonra bu helikopterlər AgustaWestland Wildcat ilə əvəz olundu.

Tarixi Komanda 2001-ci ildə yaradılmışdır. İlk dövrlərdə komanda "Vaşaq cütlüyü" () adı altında çıxış edirdi. 2004-cü ildən komandada ad dəyişikliyi baş verdi. Komanda 1992-ci ildə ləğv olunmuş, Kral Hərbi Hava Qüvvələrinə məxsus olmuş "Köpəkbalığları" () komandasının davamçısıdır.

2019-cu ildən etibarən komanda "Vəhşi Pişik" adlanmağa və solo uçuşlar həyata keçirməyə başladı.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Aerobatika komandaları