Adnan Uqla () () — Suriya radikal islamçısı, Mübariz avanqardın lideri. Təşkilat Suriyada uğursuz islamçı qiyamda iştirak edən Müsəlman qardaşlığına bağlı sünni silahlı qruplaşma idi. O, xüsusilə də Mübarizə avanqardının ən xarizmatik və nüfuzlu siması kimi tanınır.
Erkən həyatı Atası çörəkçi olan Adnan Okla 5 yanvar 1951-ci ildə Suriyada, Qüneytirə mühafəzəsində orta təbəqə bir ailədə anadan olmuşdur. əyalətində orta səviyyəli ailədə anadan olmuşdur. Okla inşaat mühəndisliyi üzrə təhsil almış, həmçinin Suriya Silahlı Qüvvələrində zabit kimi xidmət etmişdir.
Suriyada islamçı qiyamı Adnan Okla 1979-cu ildə Hələb Artilleriya Məktəbi qırğınının planlaşdırılmasında əsas rol oynamışdır.
Okla 1981-ci ilin yanvarında Mübariz avanqardın Müsəlman qardaşlığından ayrı bir təşkilat olduğu elan etmiş və Suriya hökumətinə qarşı mübarizəni davam etdirdiyini iddia etmişdir.
Okla Suriya hökumətinə qarşı ümumi üsyanın başlanacağını gözləyərək Həmaya getmişdir.
Müsəlman qardaşlığı ilə əlaqələrini kəsməsinə baxmayaraq, Okla yalnız 1982-ci ilin aprelində Həma qırğınından sonra Mübariz avanqardın lideri vəzifəsindən rəsmi olaraq uzaqlaşdırılmışdır. Müsəlman qardaşlığının siyasi qanadının bir çox liderləri İraqa qaçmışdır. İraq hökuməti bu siyasi liderləri müsbət qarşılasa da, Mübariz avanqardın liderlərinə sığınacaq verməkdən imtina etmişdir. Bəzi məlumatlara görə, Okla 1983-cü və ya 1984-cü illərdə İraqa sığınacaq verilmədikdən sonra gizli şəkildə Suriyaya qayıtmaq istəyərkən həbs edilmişdir. Digər mənbələr onun 1982-ci ildə öldürüldüyünü və ya 1982-ci ilin axırlarında Suriya təhlükəsizlik qüvvələri tərəfindən tutulduğunu göstərir.
İstinadlar
Kateqoriya:Suriya siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Ölü elan olunmuş şəxslər