Əbdüləziz ibn Şüeyb ibn Ömər Kurtubi Bəlluti (), həmçinin Bizans mənbələrində Kurupas () — 949-cu ildən 961-ci ilə qədər Krit əmiri. O, ada Bizans tərəfindən ələ keçirilənə qədər hakimiyyətdə qalmış Kritin onuncu və son əmiri idi.
Sonrakı həyatı Xandaksın ələ keçirilməsindən sonra Əbdüləziz ailəsi ilə birlikdə əsir götürülmüş, Konstantinopola aparılmışdır və burada Nikofor Fokanın triumfunda nümayiş etdirilmişdir. Sonra onlara zəngin hədiyyələr verilmiş, II Roman tərəfindən mülk bəxş edilmişdir. Bizans mənbələrində bildirilmişdir ki, imperator Əbdüləzizi senator etmək fikrində idi, lakin sonuncu xristianlığı qəbul etməkdən imtina etmişdi deyə bu reallaşmamışdı. Oğullarından biri, Numan və ya yunan dilindəki adı ilə Anemas xristianlığı qəbul etmişdir. O, Bizans ordusunda xidmət edirdi və 971-ci ildə Dorostolun mühasirəsində həlak olmuşdur. Bəzi müasir tədqiqatçılar eyniadlı sonrakı Bizans aristokrat ailəsinin onun nəslindən olmasını mümkün hesab edirlər.
Mənbə İstinadlar
Ədəbiyyat
Lilie, Ralph-Johannes; Ludwig, Claudia; Pratsch, Thomas; Zielke, Beate (2013). Prosopographie der mittelbyzantinischen Zeit Online. Berlin-Brandenburgische Akademie der Wissenschaften. Nach Vorarbeiten F. Winkelmanns erstellt (in German). Berlin and Boston: De Gruyter.
Əlavə ədəbiyyat Canard, M. (1971). "Iḳrīṭis̲h̲". In Lewis, B.; Ménage, V. L.; Pellat, Ch. & Schacht, J. (eds.). The Encyclopaedia of Islam, New Edition, Volume III: H–Iram. Leiden: E. J. Brill. pp. 1082–1086. OCLC 495469525.
Kateqoriya:Krit əmirləri Kateqoriya:X əsr hökmdarları Kateqoriya:Devrilmiş monarxlar Kateqoriya:X əsr ərəbləri Kateqoriya:X əsr Avropa monarxları