Əbu Abdullah II Ömər ibn Şüayb Bəlluti, həmçinin Bizans mənbələrində Babdel () — təqribən 880–895-ci illərdə hakimiyyətdə olmuş Krit əmiri.
Krit əmirliyinin tarixi və hökmdarları haqqında qorunub-saxlanılmış qeydlər çox fraqmentlidir. Numizmatik sübutların köməyi ilə Corc C. Maylz araşdırmalarından sonra onun ikinci əmir Şüeybin oğlu, Kritin fatehinin və əmirliyin banisi Ömər Əbu Həfsin nəvəsi olduğu müəyyən edilmişdir. Onun atası Şüeybdən sonra hakimiyyətə gəldiyi, təxminən 880-ci ildən 895-ci ilə qədər padşahlıq etdiyi güman edilir.
Ondan sonra taxta qardaşı Məhəmməd ibn Şüeyb Zərkun keçmişdir. Buna baxmayaraq, Məhəmməddən sonra Əbu Abdullahın iki oğlu, müvafiq olaraq Yusif (910–915) və Əhməd (925–940) taxta keçmişdir.
Mənbə İstinadlar
Ədəbiyyat Canard, M. (1971). "Iḳrīṭis̲h̲". In Lewis, B.; Ménage, V. L.; Pellat, Ch. & Schacht, J. (eds.). The Encyclopaedia of Islam, New Edition, Volume III: H–Iram. Leiden: E. J. Brill. pp. 1082–1086. OCLC 495469525. Lilie, Ralph-Johannes; Ludwig, Claudia; Pratsch, Thomas; Zielke, Beate (2013). Prosopographie der mittelbyzantinischen Zeit Online. Berlin-Brandenburgische Akademie der Wissenschaften. Nach Vorarbeiten F. Winkelmanns erstellt (in German). Berlin and Boston: De Gruyter.
Kateqoriya:Krit əmirləri Kateqoriya:IX əsr hökmdarları Kateqoriya:IX əsr ərəbləri