– Meyci dövründə fəaliyyət göstərmiş Yaponiya siyasətçisi.
Həyatı Sasaki Takayuki 1830-cu ildə Yaponiyanın Tosa hanında doğulmuşdur. Sakamoto Ryoma və Qoto Şociro ilə birlikdə Tosa hanındakı imperator restevrasiyası hərəkatında iştirak etmişdir. Meyci islahatından sonra Ədalət nazirliyinə qoşulmuş, 1871-ci ildə İvakura missiyası çərçivəsində digər ölkələrin məhkəmə sistemlərini tədqiq etmişdir. Koreyanın mümkün işğalı üzərindəki mübahisələrdən sonra bir çox tosalı siyasətçi buna qarşı çıxaraq vəzifələrindən istefa etsələr də, Sasaki hökumətdə qalmışdır. 1877-ci ildə keçmiş Tosa samuraylarının Satsuma üsyanına qatılmamasında vacib rolu olmuşdur.
Növbəti illərdə Yaponiya Gizli Şurasının üzvü olmuş, gələcəkdə İmperator Tayşo olacaq vəliəh Harunun tyutoru seçilmişdir. O, Şahzadə Masako və Şahzadə Fusakonun da müəllimi olmuşdur. Bunlara baxmayaraq, Sasaki həmişə ana siyasətin xaricində qalmışdır.
Qeydlər
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Kazoku Kateqoriya:Samuraylar Kateqoriya:Koçidə doğulanlar Kateqoriya:Yaponiya şintoistləri Kateqoriya:Boşin müharibəsi iştirakçıları Kateqoriya:Meyci dövrü şəxsləri