və ya təxəllüsü ilə – Akita hanının daymyosu və Qərb rəssamlığı üzrə Akita məktəbinin qurucusu. Yaponiyada Qərb rəssamlığına dair ilk nəzəri işin müəllifidir.

Həyatı Satake Yoşiatsu 1748-ci ildə Edo şəhərində doğulmuş, 1748-ci ildə Akitanın daymyosu olmuşdur.

1773-cü ildə yerli mis istehsalına tövsiyələr verməsi üçün Hiraqa Qennayı Akitaya dəvət etmişdir. Qennay Akitada ikən Qərb rəssamlığı haqqındakı nəzəriyyələrini Yoşiatsu və Yoşiatsunun köməkçisi Odano Naotake ilə bölüşmüşdür. 1778-ci ildə Naotakenin köməkliyi ilə Yoşiatsu 3 esse yazmışdır: "Rəssamlıq sənəti", "Rəssamlığı və kompozisiyanı anlamaq" və "Qırmızı və göy". "Rəssamlığı və kompozisiyanı anlamaq" essesində xətti prespektivə dair diaqramlar, qarışıq spiral pilləkənlər və Qerard de Leress tərəfindən yazılmış "Böyük rəssamlar kitabı" (1707) əsasında fiqur çəkmək metodları təsvir etmişdir.

Bu esselər bir eskiz dəftərində toplanmışdır və Yaponiyada Qərb rəssamlığına dair ilk nəzəri iş hesab olunur. Yoşiatsu 3 eskiz dəftərinin müəllifi olmuşdur. Bu eskiz dəftərlərində onun cizgi çəkmə texnikası öz əksini tapmışdır. Eskiz dəftərlərində çiçəklər, quşlar, böcəklər və su canlılarının təsviri yer almışdır.

Qeydlər

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiya rəssamları Kateqoriya:Edo dövrü şəxsləri